KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Nikola Paşinyanın “Mənim addımım” bloku galib gəldi

Nikola Paşinyanın “Mənim addımım” bloku galib gəldi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
336 0

9 dekabrda Ermənistanda baş tutan parlament seçkisində gözlənildiyi kimi keçmiş baş nazir Nikola Paşinyanın “Mənim addımım” bloku galib gəldi. Beləliklə parlament əsas üç partiyadan ibarət olacag 70% səs coxluguyla seçilən “Mənim addımım” bloku, 8.27% səslə tanınmış biznesmen Gagik Sarukyanın “Çicəklənən Ermənistan” partiyası və 6.37% səslə “İşıglı Ermənistan” partiyası. Deməli Ermənistan parlamenti gələcək 5 il ərzində Nikoyl Paşinyan və eləcədə 2018-ci ilin aprel-may aylarında məxməri inqilabı dəstəkləyən qüvvələr təşkil edəcək. Məxməri inqilab nəticəsində hakimiyyəti itirən Respublika partiyası isə 2017-ci ildə 49% səs yiğmasina baxmayaraq bu seckidə baryeri keçməyəyrək 4.7% səs topladı. Beləliklə yeni seçki nəticəsində Qarabağ klanını geridə goyaraq Paşinyanın dediyi kimi iqtisadi baxımdan güclü və beynəlxalq aləmdədə öz yerini tuta biləcək yeni Ermənistan yaradılmasına başlamışdır, Ermənistan gündən günə güclənmə, demokratiya və qanunlarin aliliyinə doğru yola çıxmışdır. Əlbətdə Paşinyanın bu sözləri deməsi normaldır, cünki o qələcəkdə güclü Ermənistan görməyi arzulayır dövləti və milləti üçün mübarizəyə başladı və hələki galib gəldi. Lakin, Paşinyanda cox gözəl anlıyırki, verdiyi vədlərin hər biri onun gələcək karyerasında bğyük rol oynayacaq. Beləliklə Paşinyan yeni hökümət dormalaşdıracaq və yeni siyasə kursu seçəcək. Bunu nə dərəcədə edə biləcəyini zaman göstərəcək. Lakin garşısında duran əsas problemləri həll etmək düşür. Ən vacib məsəslə əlbətdəki Daqlığ Qarabağ münaqişəsidi, o bu məsələdə adekvat yanaşmasa keçmış həmkarları kimi uzatsa bu Paşinyana böyk problemlər yaradacaq. Atəşkəs rejimi pozulacaq, cəhbə bölqəsində vəziyyət qərginləşəcək, cünki Azərbaycan tərəfi Paşinyana “hörmət” edərək seçkini gözlədi və indidə haqlə olaraq Paşinyan hökümətinən düzgün və adekvat qərar qözləyəcək, çünki Azərbaycan Daqlığ Qarabağı güzəştə getməyəcəyi həm beynəlxalq aləmə həmdə Ermənistana gün kimi aydındır. İkinci məsəslə Ermənistanın xarici siyasi kursunu sonunda seçməlidir. Paşinyan Qərb və Rusiya arasında qalmış siyasəti tənzimləməlidir. Ya yenede Rusiyanın əsaləti altında qalmalı və hər zaman ki kimi Rusiyanın dediyi ilə oturub durmalı, yada Qərbə yönələrək Rusiyayla gərgin münasibətə girməli, bu da əlbətdəki ki nə Ermənistanın nə də Paşinyanın xeyrinə deyil. Çünki Paşinyan cox gözəl anlıyır ki, Rusiya Ermənistandan əlini cəksə Ermənistan tək və köməksiz galacag. Buda onun nə iqtisadi nə də siyasi baxımdan rifaha aparmayacaq. Üçüncü məsələ Ermənistanın bügünkü iqtisadi vəziyyətidir. Bildiyiniz kimi Ermənistan belə desək ancaq verilən subsidiyalar hesabına bügün yaşayır, yəni heç bir layihələrdə iştirak etmir, qonşuları ilə güclü iqtisadi əlagələri yoxdubir sözlə iqtisadi vəziyyətini yüksəltməyə çalışmalıdır. Buda əlbətdəki qeyd etdiyimiz iki məsəsləyə bağlanır. Həm Daqlığ Qarabağ həm də iqtisadi rifah Ermənistanın Rusiyaya qarşı göstərəcəyi münasibətdən aslıdır. Beləliklə Paşinyan hakimiyyətini cox çətin və təlatumlu yola cıxdı, indiyə qədər elədiyi səflərdən dərs cıxararaq nə dərəcədə düzgün siyasət yolunu tutacagını cox az zaman içərisində şahidi olacagıq.
Ramiya Memedova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir