KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
321 0

Partiyanın “siyasi qanadı” Paşinyanın çıxışını tənqid etməyə davam edirlər. David Harutyunyan Arpine Hovannisyan hər biri Paşinyanın öz sahəsində etdiyi çıxışları tənqid etməyə davam edirlər. Həmçinin Partiyanın digər üzvü Armen Aşotyan baş nazirə Facebook səhifəsindən müraciət edib. O, baş nazirin hazırladığı ssenariyi yayımlandı və məlumat azadlığını, ifadə azadlığını və işçilərin özlərini ifadə etmək hüququnu məhdudlaşdırdığını qeyd etdi.
Armen Aşotyan baş nazirə aşağıdakı suallarla müraciət elədi
1. Bu dairənin hüquqi əsasları nədir?
2. Dairəyə çağırılan heyətin rəhbərinin hüquqi əsasları nədir?
3. Bu “qaydaları” pozanların hamısı hansı qanuni əsasla cəzalandırılmalıdır? Baş nazirin cavabını da açıqlayacağam “deyə Armen Aşotyan yazdı.
Armen Aşotyan Ermənistanda tarixi boyunca yuxarıda sadaladıqlarının heç birinin olmadığını bilmir?. Yoxsa Serj Sarkisyanın dövründə vardı? Hansı prezidentlərinin dövründə yuxarıda sadalananlar olub. Nə tez 2008-ci il 1 mart hadisələri unuduldu? Qaldıkı Paşinyana hər çıxışlarında “sinəsinə döyərək” demokratiya yolu ilə xalqın əliylə hakimiyyətə gəldiyini bar-bar bağıraraq bildirir. Amma indi isə özü məlumat azadlığını, ifadə azadlığını və işçilərin özlərini ifadə etmək hüququnu məhdudlaşdırdırmaqla xalqın azadlığını əlindən alır. Demokratiyadan bixəbər demokrat hələ bir utanmaz-utanmaz ölkəsinin “demokratiyanın beşiyi” olduğunu deyir. Yaxşı deyiblər “Utanmasan oynamağa nə var ki?!” Bizdə başqa bir deyim də var “Axmaqdan paşa olmaz, taxtadan maşa.”
Paşinyan nə vaxta qədər bu yalanları ilə xalqı aldatmağa bacaracaq? Belə ki, Serj Sarkisyan öz yalanları ilə 10 il aldada bilmişdi. Paşinyan onun qədər təcrübəlidirmi ? Onu zaman göstərəcək…..
Digər diqqət çəkən məqam isə Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan 168.am-la söhbətində torpaqların qaytarılması məsələsinin “ağılsız, absurd və yanıltıcı” olduğunu söyləməsi oldu. Beləliklə, o, Baş nazir Nikol Paşinyanın 17 avqust mitinqi zamanı özündən əvvəl ki sələflərinin Qarabağ torpaqlarını qaytarmaq istəyirdilər şəklində bəyanatına cavab vermiş oldu.
Görünür, bu gedişatla keçmiş hakimiyyət nümayəndələri və hazırda milli məclisdə üzvlük haqqına sahip olan Respublikaçı Partiya, Daşnaksütün nümayəndələri birləşərək Paşinyanı hakimiyyətdən getməsinə nail olacaqlar. Bu proses iki cür baş verə bilər ya danışıqlara gedib Paşinyana həkimiyyəti buraxmasın təklif edəcəklər yadaki xalqın gözündən salmaqla fiziki məhvinə nail olacaqlar. Ən son variant isə 1999-cu il Vazgen Sarkisyanın parlamentdə öldürülməsinə bənzər ssenari
Ehtiram Aşırlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir