Ermənistanda keçirilən parlament seçkilərində əvvəlcədən gözlənildiyi kimi Nikol Paşinyanın “Mənim Addımım” bloku səslərin böyük fazini qazanaraq parlamentdə səs çoxluğu ilə üstünlüyü qazandı. Bu, Paşinyana tək başına hökumət formalaşdırmaq və ölkənin bütün inzibati sturukturlarına sahib olmasına gətirəcək. Qeyd edim ki, bu seçki ” Qarabağ klanına” 20 illik hakimiyyətinə son qoydu. Ermənistanda formalaşacaq yeni hakimiyəti ağır sosial-iqtisadi və siyasi çətinliklər gözləyir. Demək olar ki, Paşinyan bu problemlərin həllinə və ölkənin inkişafına onda nail ola biləcək ki, Qarabağ münaqişəsini beynəlxalq hüquq çərçivəsində həllinə nail olsun.
Paşinyan seçki ilə paralel “Qarabağ klanının” əsas lideri Robert Koçaryanı da həbs etdirdi. Bu həbs seçkilərin həll edici ərəfəsində təsadüfi deyildi. Seçki ilə birlikdə Paşinyanın “Qarabağ klanını”- Rusiyanın əsas adamını siyasi səhənədən uzalqşadırması Moskvanın qəzəbinə səbəb olacaq.
Seçkilərdə seçici fəallığının az olması, regionlarda bütün siyasi elitaya inamsızlıqdan irəli gəlir. Çünki, digər hakmiyyətdə olanlar kimi ermənilər çox yaxşı bilir ki, Paşinyanın siyasi ritorikası pafosa əsaslanır və çətin durumda olan Ermənistanı inkişaf etdirəcəyi real görünmür. Bu gün ermənilər kimliyindən asılı olmayaraq, Ermənistanda aparılan siyasətə inamsızdı.
Qeyd edim ki, seçkilərdən sonra icra hakimiyyəti və qanunverici hakimiyyətdə şəksiz səlahiyyətləri əlində formalaşdırdıqdan sonra Paşinyan Serj Sarksiyanı da istintaqa cəlb edəcək və onun Respublika partiyasını zəiflətmək üçün bütün rıçaqlara əl atacaq. İkinci variantda Azərbaycanın işğal olunmuş ərazilərində formalaşdırılan “adminstrasiyanı” devirmək olacaq. Bu prosesə başlayarsa Rusiya seyrçi qalmayacaq. Çünki, Moskvanın əsas siyasi dayağı “Qarabağ klanı” və separtçılardı.
Xarici siyasətdə Rusiya ilə konfontrasiya dərinləşəcək, avrointeqrasiya siyasəti özünü doğrultmayacaq. Əgər, Qarabağ danışıqlarda imitasiya edəcəksə, Azərbayvanın hərbi təzyiqləri ilə üzləşməli olacaq. Bu da Paşinyanın tez bir vaxtda devrilməsinə baxacaq. Paşinyanın hakimiyyət karyerası Qarabağ siyasətindən asılı olacaq.
Məhəmməd Əsədullazade