Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

Gürcüstandaki siyasi böhran bölgə üçün nə ifadə edir?

Gürcistan 27 Haziran 2019
48

Gürcüstanda siyasi böhran uzansa vəya Rusya əleyhdarı müxalifət proseslərin sonunda uğur əldə etsə ölkədə Kremlin patentli Cavaxeti və Borçalı böhranlarının gündəmə gəlməsi ehtimalı çox yüksəkdir. Bu böhranlar isə Gürcüstanın dövlət kimi varlığını ortadan qaldırma risqi daşıyır.
Bunlardan Cavaxeti böhranı uzun illərdir patlamağa hazır bomba xarakterindədir. Rusiyanın bu böhranı çıxartmaq üçün yeterincə imkanları var. Elə yerli Ermənilər arasında da bu proses üçün fürsət gözləyən cox sayda fəal şəxsin olduğu məlumdur. Rusiya Cavaxeti böhranı ilə 4 qazanc əldə edə bilər: 1) Rusiya əleydarlığı səbəbiylə Gürcüstanı cəzalandırmaq 2) Batı tərəfdarı Gurcüstan-Paşinyan Ermənistanı münasibətlərinə ölümcül zərbə vurmaq 3) Ermənistanda zəifləyən imicini Erməni genisləməciliyin yeni nümunəsinə dəstək verərək təmir etmək.4) Bu arada mövzunun Erməni daxili siyasətində Rusiyanın adamı Koçaryan komandası üçün əla siyasi güc qazanma fürsəti olacağını da unutmayaq!!!

Hər nə kadar Borçalıda Cavaxeti ilə müqayisədə bənzər separatist tendesiyalar olmasa da bu prosesi hərəkətləndirəcək həssas nöqtələr mövcuddur. Bölge insanlarının sosyo-iqtisadi problemleri, Gurcü milliyətçliğnin təxribatçı davranışları və şüarları, Erməni teroristə abidə ucaldılması, Azərbaycan-Gürcüstan sərhədindəki klisə məsələsi bunun üçün müxtəlif həssaslıqlar yaradır. Fikrimcə, Rusiyanın Borcalı üzərində proseslərə təsir etmək imkanları da yeterincədir. Gürcü müxalifətinin mitinqlərində Rusiya ilə yanaşı Azərbaycanla sərhəd problemin də qabardılmasını da unutmayaq. Azərbaycan ilə Gürcüstan arasında ortaya çıxan və alovlandırılmağa çalışdırılan gərginlik səylərini təsadüf olmadığını daha öncə də yazmışdım. Bu səylərin Borçalı böhranı üçün münasib psixolojik və praktiki müstəvi yaratmağa hesablandığını demək yanlış olmaz. Rusiya yaradılacaq “Borçalı böhranı” ilə 5 qazanc əldə edə bilər: 1) Rusiya əleydarlığı səbəbiylə Gürcüstanı cəzalandırmaq 2) Azərbaycan-Gürcüstan münasibətlərinə ölümcül zərbə vurmaq 3) Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqını parçalamaq 4) Borçalı Azərbaycanlılarının dəstəkləməklə Azərbaycan ictimai rəyində müsbət rəy yaratmaq. 5) Azərbaycana da yeni etnik separatizm yarada biləcəyini praktiki göstərərək məsaj vermək

Bu arada əcaba Rusiya Suriyədən İran hərbçilərinin cixmasina razı olmağın əvəzində ABŞ’dan (və İsraildən ) nə aldı? Bu aldığı arasında post sovet coğrafiyada daha rahat hərəkət etmə də var mı?

Ümumlikdə bu proseslərin baş verməsi Qafqazda yeni böyük fəlakətlərin baş verməsi deməkdir.

Bu qeyd edillənlər konteksində Azərbaycan və Türkiyənin Gürcüstandakı siyasi böhranı həll etmək üçün təcli və fəal vasitəçilik mövqeyi ortaya qoyması strateji zərurətdir.
Dr. Nazim Cəfərsoy
Siyasİ elmlər fəlsəfə doktoru, QAFSAM sədr müavini

Yorumlar