KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazim Cafersoy: Ukrayna Gərginliyindən kim necə faydalanır?

Nazim Cafersoy: Ukrayna Gərginliyindən kim necə faydalanır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
344 0

Ukrayna məsələsində hərənin öz dərdi var:

1.Ukrayna Krım işğalı və Donbas mövzusunun Qərbin gündəmindən düşməsindən haklı olarak narahatdır. Bu prosesdə Qərbin mövqeyi hər keçən gün bir az daha Gürcüstan siyasətinə bənzəyir. Zelenski də daxili siyasətdə bu məsələlərə dair irəliləyiş olmadığı üçün nüfuz itirir. Üstelik Qarabağ qələbəsi sonrası səssiz qalmaq onun manevra imkanlarına zərər verib. Ona görə də və həm də haklı olaraq ordunu Donbas və Luhansk təmas xəttinə yığıb. Uyğun bir fürsətdə hətda bir neçə günlük uğurlu əməliyyat belə Ukrayna üçün daxili və xarici siyasət baxımından faydalı ola bilər.

2. Rusiya Ukraynanın Donbas və Luhanskda Qarabağ bənzəri bir kampaniya apara biləcəyindən ciddi narahatçılıq hiss edir. Çünki bu Rusiya-Qərb münasibətlərində gedərək geri plana düşməyə başlayan Ukrayna məsələsini yenidən 1 nömrəli gərginlik mövzusuna çevirəcək. Bu da Moskvaya növbəti ciddi siyasi, hərbi, ekonomik və mədəni maliyyətlər gətirəcək. Üstelik bu hərbi kampaniyadan Ukraynanın Donbas və Luhanskda uğur qazanmaq ehtimalı yüksəkdir, bunu dayandırmanın tək yolu isə Rusiyanın birbaşa savaşa daxil olması ile mümkün olar. O isə daha böyük problemlər deməkdir. Moskva doğrudan müdaxilə etməsə, bu dəfə Donbas və Luhansk olayında uğur qazanan Ukrayna Kırımı daha güçlü formada gündemde tutacaq. Bunlara mane olmaq üçün Rusiya Ukrayna sərhədinə qoşun yığaraq və əzələ nümayişi ilə daha böyük problemlərə mane olmaq istəyir.

3.ABŞ da Ukrayna üzərindən Rusiyanı küncə sıxmaq, Avropalı müttəfiqlərinə Rusiya təhlükəsini xatırlatmaq, Almaniya və Fransa kimi müttəfiqlərini Rusiya ilə araya məsafə qoymağa məcbur etmək istəyir. Alman Bild qəzeti üzərindən Rusiyanin Ukraynanı işğal planı barədə xəbərlər də bu məqsədlə yayımlanıb. Vaşinqton həm yeni Alman hökumətinin Rusiya ilə münasibətlərdə daha məsafəli davranmasını, həm də AB-ni bu istiqamətdə arxasınca aparmasını istəyir. Ayrıca Rusiya təhdidi labudən Avropadakı güclər tərəfindən sanki unudulan NATO-nu səfərbər etmək məqsədinə də xidmət edir. ABŞ-ın müttəfiqi və NATO-nun ikinci ordusuna malik Türkiyə ilə yaxınlaşan Rusiyanı qardaşı Ukrayna üzərindən küncə sıxmaq düşüncesi da Bayden üçün yetərincə faydalı bir strateji həmlədir. Təbii ki qonşusu Gürcüstanda Rus işğalını görən Türkiyənin də digər qonşusu və 2014-də Rus işğalına məruz qalmış Ukraynaya dair Amerikan iddialarına xüsusi diqqət göstərəcəyini də təxmin edə bilərik. Bu arada daxili və xarici siyasətdə ciddi tənqid edilən Bayden də Ukrayna olayı üzərindən oz zəifləyən imicini parıldatmağa çalışır.

Dr. Nazim Cafersoy Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir