KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazim Cafersoy: Türk ordusu 27 iyuldan etibarən Azərbaycandadır

Nazim Cafersoy: Türk ordusu 27 iyuldan etibarən Azərbaycandadır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
260 0

“Türk Ordusu Azərbaycan torpağı Qarabağda olacaq, olmayacaq və Rusiya buna nə deyecek? müzakirələri mənim üçün aktual deyil.
Bilirsiniz niyə?
Əvvəla, Türk ordusu 27 iyuldan etibarən zaten Azərbaycandadır.
İkinci, NATO’nun ikinci böyük ordusunun Azərbaycandaki bu mövcudluğunu başda Rusiya olmaqla bütün dünya bilir. Ancaq mən Kremlindən, hətta onun adına bəzən radikal fikirlər səsləndirən müxtəlif Rus siyasətçilərdən bu barədə ciddi və davamlı bir etiraz eşitmədim. Bu barədə Rus televiziyalarında davamlı programlar da edilmir. Hətta ermeni pərəst regnum.ru bele bu mövzuya demek olar ki heç toxunmur.
Bu cür reaksiyanın tək izahı var məncə: Azərbaycanda Türk ordusunun olması barədə Azərbaycan-Türkiyə-Rusiya strateji razılaşması var. Putinin Rosiyya-24 kanalına müsahibəsində “Azərbaycan suveren dövlətdir, Türkiyə ilə istədiyi kimi əməkdaşlıq qurar” açıqlaması da bu konteksdə deyilib. Əksi halda biz indi Rusiyada Türk ordusu əleyhinə hay-küylü kampaniyalar görər və Zaxarova ilə Lavrovun bu mövzudan narahat olduqlarına dair mesajlarını tez-tez oxuyardıq. Bu arada Lavrov 4 dekabrda “Türkiyənin NATO üzvlüyü əməkdaşlığımız üçün problem deyil, nə qədər fikir ayrılığımız olsa da nəticədə əməkdaşlıq edə bilirik. Qarabağ bunun nümunəsidir” açıqlaması verib. (https://tass.ru/politika/10176547)
Üçüncü, Qafqaz regionunda və Avrasiyada gələcəkdə qlobal balansa belə təsir göstərə biləcək bir Turk-Rus əməkdaşlığın növbəti və kritik mərhələsinə keçirik. Bu balansın strateji çərçivəsində ilk ciddi addım 16 noyabr 2001 tarixində imzalanan Avrasya Eylem Planı ile atılıb. Sonrakı illərdə müəyyən sarsılmalar və böhranlar olsa da bugun bu proses yavaş addımlarla bu nöqtəyə gəlib. Qarabağ və Qafqaz Avrasiyada Türk-Rus balansını yeni mərhələsidir. Bu balans ədalətli bir çərçivəyə oturmalıdır. Bu ədalətli çərçivənin bir neçə prinsipi var: a) Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. b) Qarabağ erməniləri evlerində Azərbaycan vətəndaşi kimi yaşamalıdır. Vilayət özəl statusiyla normal yaşamağı bacarmadılar, ona görə də ədalətli olan statusuz, ancaq tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaq olacaq. Bunu istəməyən gedər. c) Qarabağ Türk-Rus həqiqi əməkdaşlığının ilk regional nümunəsi olmalıdır. Yəni orada Türk və Rus hərbiçiləri bərabər saylı, hüquqlu və funksiyalı olmalıdırlar. Mehri koridoru ilə Laçın koridoru də bu balansın nümunəsidir. d) Qafqaz Türk-Rus əməkdaşlığının təhlükəsizlik, sülh və rifah bölgəsi olacaq. Putin Fransa-Almaniya nümunəsini boşuna verməyib.
Bu məqamlar konteksində Qafqazda belə bir Azərbaycan-Turkiyə-Rusiya razılaşması var isə, bunun həyata keçməsi üçün ən legitim müstəvi Türk Ordusunun Qarabağda olması həm qlobal, həm də regional, həm Azərbaycan-Rus-Türk münasibətləri konteksində ən məntiqli səbəbdir.
Sonra olaraq Paşinyanin bir neçə gündür verdiyi mesajlardan anlaşılan odur ki, o da Qafqazın bu müsbət gələcəyinə Ermenistan olaraq öz töhfəsini verməyə çalışır.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir