KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Rusiya vətəndaşlarının ölkəyə gəlməsi

Nazim Cafersoy: Rusiya vətəndaşlarının ölkəyə gəlməsi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
360 0

Rusiyadan səfərbərlik səbəbiylə Azərbaycana gəlmək istəyənlərlə bağlı diqqətli bir yanaşma izləmək lazımdır.
Təbii ki, Azərbaycan dövləti Rusiyadan gəlmək istəyən ikili vətəndaşlığı olan Azərbaycanlılara lazımi inzibati və texniki imkanları yaratmalıdir. Bu çərçivədə xüsusi ucuz reyslər və ehtiyaca görə quru sərhədindən keçişlər üçün qapıları xüsusi formatda açmaq olar.

Ancaq Azərbaycanli olmayan Rusiya vətəndaşlarını ölkəyə gəlməsinə imkan vermək həm qısa, həm orta, həm də uzun vədədə çox ciddi, iqtisadi, sosial, siyasi və təhlükəsizlik problemləri yaradacaqdır.
Nə kimi problem yarada bilər? sualı üçün ən yaxşı nümunə kimi Suriyalıların Türkiyəyə gəlməsinin yaratdığı problemləri göstərmək olar. Gürcüstana 500 min adam getdiyi deyilir, bizə də o qədər gələcəyini düşünsək böyük risklər var.

Əvvələ, çox tərəfli bahalaşma olacaq. Ölkədə onsuz da bahaciliqdir, bir də Ruslar gəlsə bunun yaradacağı bahaciliq əhalini güzəranını çox pisləşdirəcək.

İkinci, bir müddət sonra yerli Azərbaycanlılar ilə gələn Ruslar arasında sosyal ve məişət mahiyyətli gərginliklər baş verəcək.

Üçüncüsü, bu gələn adamların içerisində başda erməni kəşfiyyatı olmaqla hansı düşmən məxfi orqanlarla əməkdaşlıq edənlərin ola biləcəyini və bunun ölkədə terör və diversiya hərəkətləri törətmə təhlükələri nəzərə almaq lazımdır. Bu cür adamlardan cəmi 100 nəfər olsa belə ölkədə milli təhlükəsizlik problemi yaratmağa bəs edər.

Dördüncü, sabah burda bu Rusiya vətəndaşları ilə gərginliklər olanda bunu Rusiyadakı Azərbaycan əleydari dairələrin fəal istifadə edəcəyini və Kremlin Azərbaycan siyasətinə neqativ təsirə səbəb olacağını da nəzərə almaq lazımdır.
Nazim Cafersoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir