KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Nazim Cafersoy: Rusiya-Ukrayna Savaşının Hərbi-Siyasi Analizi-1: Cənub Cəbhəsi

Nazim Cafersoy: Rusiya-Ukrayna Savaşının Hərbi-Siyasi Analizi-1: Cənub Cəbhəsi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
324 0

Bugün Rusiyanin Ukraynaya hücumunun hərbi aspektlərindən biri üzərində duracam.

Savaşın ilk günü Rusiyanin əsas hərbi hədəflərindən birinin Qaradəniz sahillərini ələ keçirmək olduğunu yazmışdım. Bəs aradan keçən 4 günün sonunda bu cəbhədə vəziyyət necədir?

Rusiyanın Qaradəniz sahillərini ələ keçirmək məqsədi geniş mənada özündə 3 böyük hərbi hədəfi ehtiva edir:

1) Kırıma quru yolunun açılması
Bu hədəf çərçivəsində Kırım- Donbas (separatçlar) -Taqanroq (Rostov na Donu oblasti) yolunun hərbi-siyasi nəzarətə alınması Rusiyanın cənubi cəbhəsindəki en mühüm ilkin hədəfidir. Bu məqsədlə Kırım və Donbas tərəfdən hücuma keçən Rusiya ordusu Qaradəniz və Azov dənizi sahilindəki bəzi şəhərləri tutmağa başlayıb. Hər iki tərəfdən verilən məlumatlara baxıldığında artıq Melitipol (Rusiya 25 fevralda təsdiqləyib, Ukrayna “döyüşlər davam edir” demişdi. 2 gündür başqa şərh yoxdur.) və Berdyansk (bu şəhəri Ukrayna da təsdiqlədi) kimi şəhərlər ələ keçirilib. Anlaşılan əsas hədəf kimi Mariopol üzərinə hücum hazırlanır. Azov sahilində böyük strateji-hərbi önemi olan bu liman şəhərini qoruyanlar arasında Ukraynanın döyüşkənliyi ilə məşhur Azov batalyonu da var. Üstəlik Ukrayna buraya strateji önemin səbəbiylə son 7 ildə ciddi və yaxşı hazırlanmış hərbi birliklər yığıb. Burada Ukrayna Deniz Qüvvələrinin də önəmli bir gücü var. Ancaq dənizdən və qurudan 4 tərəfli hücuma məruz qalacaq və qismən mühasirədə olacaq bir Mariopolun nə qədər şansı olacaq demək çətindir. Ruslar üçün önəmini nəzərə alsaq buranı elə keçirmək üçün hər şeyi edəcəklər. Təbii ki, Ukrayna ordusunun Xarkivdə etdiyi kimi qarşı hücumlarla Kırım-Rostov xəttindəki Rusları geri oturtmaq üçün uğurlu cəhdləri və partizan müharibəsi aparma imkanları var. Nəzərə alaq ki, Ukrayna milliyyətçilərinin xüsusi dəstələri hələ SSRİ dövründə təxminən 20 il silahlı mübarizə apara bilmişdilər.

2) Kırıma gələcək təhdidlərin aradan qaldırılması və minimuma endirilməsi

Bu hədəf özündə iki əsas məqsədi ehtiva edir: a) Kırımın yaşaya bilməsi üçün əsas suyu təmin. etdiyi Şimali Kırım Kanalının Dnepr çayından davamlı su ala bilməsi: Rus ordusu 4 günün sonunda bu kanalın başladığı Dnepr çayı sahilini ələ keçirib və kanalın önündəki səddi partladıb. Ayrıca gələn məlumatlara görə buraya təhdid yarada biləcək Xerson mühasirə alınıb, Nikoloyev üzərinə hücum isə davam edir.

b) Odessanın hərbi təhdid olmaqdan çıxarılması: Odessa həm tarixən, həm də müstəqillik sonrasında Qaradəniz sahilində mühüm liman sayılır. Bu limanın Mariopolla birlikdə Ukrayna Deniz qüvvələrininn əsas bazalarından birinə çevrildiyini demək olar. Gələn xəbərlərdə Rusiya buraya yönəlik müəyyən hava və dəniz hücumları etdiyini göstərir. İlkin məqsəd Odessadaki Ukrayna hərbi gücünü mümkün qədər zəiflətməkdir. Minimum məqsəd bölgəni mühasirəyə alıb müzakirələrdə kozir kimi istifadə etməkdir. Maksimum məqsəd də ələ keçirib Ukraynadan zorla hərbi baza kimi almaqdır.

Ümumilikdə Rusiyanın bi cəbhədəki daha geniş strateji məqsədi Qaradənizdə SSRİ-nin dağılması prosesi sonrası zəifləyən Rusiya təsirini gücləndirməkdir.200 ildir Qaradənizdə ciddi üstünlük quran və SSRİ dövründə də öz müttəfiqləri ilə buranın əsas təsir gücünə çevrilən Rusiya 1991-dən sonra bölgədə zəifləyib. Bu prosesi Kırımı əvvəl müqavilə, sonra da ilhaq yoluyla Ukraynadan almaq yoluyla geri çevirməyə çalışan Rusiya 2008 ilində də Gürcüstanın Abxaziya və Osetiya bölgəsində hərbi bazalarla mövqeyini gücləndirmişdi. Son Ukrayna hücumu ilə Rusiya bu təsirin çox daha gücləndirməyi və Ukraynanı faktiki prosesdən kənarlaşdırmağa çalışmaqdadır.

Nazim Cafersoy Kafkassam

P.S. Cəbhədəki real vəziyyətlə bağlı çox ciddi bilgi kirliliği var, ona görə də nəsə bir məlumat yanlışlığı olsa üzürlü sayın. Mümkün mərtəbə fərqli mənbələrdən bilgilərə baxmağa çalışdım.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir