KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Nazim Cafersoy: Rusiya Modovaya hücum edəcək?

Nazim Cafersoy: Rusiya Modovaya hücum edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
28 0

Moldovaya hücum və Dnester bölgəsində qarışıqlıq çıxarmaq bugünkü şərtlərdə hələlik Rusiyanın marağında deyil. Orda onsuz da Rus ordusu var, qondarma rejim Rusiya tərəfdarıdır. Dnester barədə Rusiya üçün problem o bölgə ile birbaşa əlaqənin olmaması sayıla bilər, ancaq Rusiya Odessa bölgesini ele keçirsə Kremlin üçün bu mövzu hell olunacaq.

Bundan başqa Dnesterdeki hərbi gücün (1700 Rus hərbiçisi və 15 min separatist) Ukraynaya hücumu isə müharibənin taleyində belirleyici olmaz.

Tam tərsi bu cür bir hücum Rusiya üçün hərbi cəbhəni genişləndirə və prosesə Moldovanın da daxil edilməsi nəticəsini doğurar. Mövcud strateji mənzərədə bu prosesə NATO üzvü Rumıniyanın və onun üzərindən NATO-nun hərbi formada qarışması təhlükəsini çox artmaq deməkdir ki, bu da Rusiya üçün əlavə ciddi problemlər deməkdir.

Dnester məsələsində Kremlinin şübhələr artıran müəyyən ikibaşlı mesajlar verməsi isə taktiki baxımdan Ukraynaya Odessa konteksində təzyiqi artırmaq, spesifik olaraq Moldova və Rumıniyanı da Ukraynaya destekdən çəkindirmək mahiyyətini daşıyır. Ancaq Dnesteryanı bölgədə və Rusiyadaki dairələrdə bunu istəyən bir lobbi də var. ( Qarabağ mövzusunda da qondarma rejimin və Rusiyadaki müəyyən dairələrin bənzər cəhdlərini xatırlayaq.)

Ancaq bu konyekturada cəbhəni genişlətmə Ukraynanın marağına daha uyğundur, zaten rəsmi Kyiv öz stratejisində prosesə daha oz tərəfindən çox ölkəni və daha fəal cəlb olunması istəyi və cəhdlərini açıqca göstərir.

Özətlə strateji elmi və hərbi ağıl Ukrayna müharibəsi davam edərkən Rusiyanın Moldovaya hücumunun olmaması gerektiğini gösterir, ancaq fövqəladə hallarda dövlətlər bunun tərsini edə bilərlər vəya buna sürüklənə bilərlər.

Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.