Rusiya baxımdan:
Müqayisəli baxanda və siyasi, hərbi, iqtisadi və mədəni mövzular baxımdan 10 ballıq şkala üzərindən qiymətləndirmə edildiyində Rusiyanın postsovet coğrafiyada ortaya çıxarmalı olan ən mühüm nümunələrindən biri, bəlkə də birincisi Azərbaycanla münasibətlərdir. Bütün dünyada Rusiya təhlükəsinin yüksəldiyi mühitdə keçmiş sovet coğrafyasında nisbətən müsbət bir münasibətlər sistemi qurduqlarını göstərmək Kremlin üçün çox gərəkli bir yumşaq güc fəaliyyətidir. Digər tərəfdən, Azərbaycanla imzalanan müqavilə xüsusilə Putinlə rasyonal çərçivəyə oturmağa başlayan Kremlinin son 22 ildəki Azərbaycan siyasətinin məntiqi davamıdır. Azərbaycanla müttəfiqlik müqaviləsi Putin üçün həm də həm də Qarabağda yeni Donbas vəya Kırım bənzəri növbəti böyük böhranı yaradaq Türkiyə ilə qarşı qarşıya gətirmək üçün Rusiyada ciddi cəhdlə uğraşan imperyal çevrələri dayandırma fürsətidir.
Azərbaycan baxımından:
Vətən müharibəsi sonrası balans siyasətinin yeni geosiyasi reallığa uyğun olaraq yeniden update edilməsinə ehtiyac vardı. Şuşa bəyannaməsi bu balansın birinci və ən mühüm istiqamətidir. Rusiya ilə müttəfiqlik müqaviləsi bunun ikinci istiqamətidir. Bu proses AB ilə imzalacaq sazişlə davam edəcək. Ayrıca, İsrail, Britaniya, Çin və bənzəri ölkələrlə iki vəya çox tərəfli yeni müqavilələr imzalanması gözləniləndir. Ermənistanla sülh müqaviləsi də bunun bir digər istiqaməti olacaq.
Türkiyə-Azərbaycan-Rusiya
Düşünülənin əksinə Rusiya ilə Türkiyənin Qafqazdakı əsas istiqaməti əməkdaşlıq kursudur. O mənada iki ölkə ilə imzalanan müqavilələr yeni geosiyasi balansda bir birini tamamlayan razılaşmalardır. Bu ikisi arasında müqavilələr üzərindən rəqabət ortamı yaratmaq (Xüsusilə Rusiyada və Ermənistanda bunu istəyən çevrələr var təbii ki) həm yanlışdır, həm də Azərbaycanın strateji maraqlarına uyğun deyil. Çünkü hər ikisi bölgədə geniş miqyaslı və Qərbin də müdaxil olduğu rəqabətə başlarsa Azərbaycanda heç birimizin arzu etmədiyi Ukrayna bənzəri təlatümlar yaşanar.
Dr Nazim Cafersoy Kafkassam