KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazim Cafersoy: Rus sülhməramlısı məsələsi

Nazim Cafersoy: Rus sülhməramlısı məsələsi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
352 0

(Düşünməmiz üçün yazıram)

Həm tarixi, həm də 20 yanvar və Xocalı təcrübəsi səbəbiylə Rus ordusunun hər hansı formada ölkədə olmaması ən mühüm milli təhlükəsizlik maraqlarımızın başında gəlib.Ən zəif və təcrübəsiz olduğumuz 1990-larda Rusiyanın iqtisadi embarqosuna baxmayaraq dəfələrlə rədd etmişik. Buna prezident Elçibəy, prezident Heydər Əliyev və prezident İlham Əliyev xüsusi önəm veriblər.Azərbaycan xalqı bunun üçün bədəl ödəyib, həm Bakıda, həm də Qarabağda!!! Hətta təhlükəsizlik doktrinamıza qoymuşuq.Gedib Qoşulmamaq Hərəkətinə qoşulmuşuq.
Qarabağ məsələsinin həllində təklif edilən şərtlərdən içində də ən çox iki şeyə qarşı çıxmışıq: a) Rus sülhməramlıları b) Status (bu barədə sonra yazacam)

Rus sülh məramlıları barədə şərtlərimiz isə belə sıralana bilərdi:
1. Mümkünsə heç gəlməsin.
2. Tək gəlməsin.
3. Məhdud coğrafiyada olsun.
4. Şərtlər (yəni status) dəqiqləsəndən sonra razılaşmanı qorumaq üçün gəlsin.

İndi neçə gəlib:
Gəldi, həm də faktiki tək gəldi və mənim anladığım geniş bir coğrafiyada (Laçın koridoru və bütün köhnə DGMV daxilindəki təmas xətti, yəni bütün cəbhə xəttində) olacaq. Yəni təxminən 4-5 min kvadrat km ərazidə fəaliyyət göstərəcəklər. Həmən gəldilər və yəni şərtlərin diplomatik müzakirəsi zamanı sahədə olacaqlar. Deməli faktiki şərtləri qoyulması prosesinə mühüm təsir göstərəcəklər. Çünki bizimlə arasında Rus əsgəri olan ermənilər güzəştə getmək barədə çox könülsüz olacaqlar. Bizim də ermənilərin ən yaxşı anladığı hərbi təzyiq üçün əlimiz bağlı olacaq.
Qalıb olduğumuz müharibədə bu qədər zərərli formada Rus sülhməramlısını ölkəyə niyə dəvət etdik axı???? O sülhmeramli maddəsini Lavrov yazsa bu qədər əleyhimizə olardı!!!! Atəşkəsə məcbur edirdilərsə deyərdik 10 oktyabr atəşkəsini indi və sülhməramlısız tətbiq edirik!!!

Sayı azdır, cəmi 1960-dir:

Heç bilirsiz haklı olaraq öyunduyumuz Şuşanı necə XTQ-limiz azad edib? Bu müharibədə XTQ-nin umumi rolünü deməyimə isə ehtiyac yoxdur.
Sülhməramlı kimi gələnlər də Rusiya XTQ-si! 1960 nəfər və 470 hərbi texnika. Hərəkət sahələri yəqin 5 min kvadrat km bir ərazidə olacaq.
Ən önəmlisi cəmi 10 nəfər də olsalar Rusiya ordusunu və dövlətini təmsil edirlər. Yəni arxasında Rusiya dövləti var!!!

Rus sülhməramlısı müvəqqəti gəlib:

Heç bir sülhməramlı daimi qalmaq üçün getmir, ancaq proseslər göstərir ki daimi qalır çox vaxt. Hələ mövzu Rus sülhməramlısı olunca Dnesteryani və daha da önemlisi
Abxaziya və Cənubi Osetiyada funksiyaları görünür. İstəyəndə çıxardacagiq. Bunu biz bilirik ermeni və rus bilmi es? Ele vəziyyət yaradacaqlar çıxarda bilməyəcəyik. Misal Türkiyə kimi ölkəyə Çekic güc adı ilə 1990-dan sonra müvəqqəti hərbi güc yerləşdirilmişdi. Məqsədi kürdləri Səddamdan qorumaqdi və 6 aydan bir uzadılırdi.Hər müxalifət iqtidar gələnə qədər xalqa “çıxardacam” deyirdi, ancaq iqtidara gələndə tam tərsinə edirdi. Çəkic gücun PKK-ya yardım etdiyini Türkiyədə demək olar ki hamı bilirdi, amma illərlə davam etdi.

Türkiyə sülhməramlıları da var:

Rəsmi sənəddə bu barədə bir şey yoxdur.Qarabagda olmayacaglarını Rusiya rəsmiləri elan edir. Ən önəmlisi Azərbaycan ordusu prezidentin dediyi kimi Türk ordusu prototipidir. Üstəlik Türk ordusunun ölkəmizə gəlməsi üçün Rus sülhməramlısına ehtiyacımiz var???

P.S.Aşağıda bu sülh məramlı mövzusu ilə bağlı heç bir yorum və suala cavab verməyəcəm.
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir