KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Nazim Cafersoy: Qərb Qafqazda niyə Ermənipərəst siyasət aparır?

Nazim Cafersoy: Qərb Qafqazda niyə Ermənipərəst siyasət aparır?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
248 0

Prosesləri çox tərəfli izləyəndə məndə bu fikir yaranır ki, ABŞ və Fransadakı erməni diasporası seçkilərdəki imkânlarını nəzərə alaraq Biden və Makron adminstrasiyaları üzərindən Azərbaycan ilə Ermənistan arasında sülh müzakirələrini maksimum sabotaj edir. Bu işdə ilk baqaja qoyduqları və maliyyət ödəyəcək şəxs isə Paşinyan hakimiyyətidır. Belə ki, bir yandan “qorxma yanındayıq” deyə Paşinyana qaz verərək onu Rusiyanın önünə atırlar, digər yandan isə Paşinyan hakimiyyətinin vəziyyəti daha da gərginləşdirməsi üçün təşviq edirlər. Erməni diasporasının bunu etməsinin ilk səbəbi mövcud sülh prosesini istəməyən radikal, şovinist ve revanşist təfəkkürə malik olmasıdır. İkinci səbəb isə hələ sovet dövründən bu yana Qərbdəki erməni diasporu içində Rusiya dövlətinin kəşfiyyat vasitəsilə əldə etdiyi yönlendirici təsir gücüdür. Ümumilikdə Paşinyandan nifrət edən bu təbəqə Rusiyanı təhrik edərək onu Moskvanın əliylə məhv edərək sülh prosesini sabotaj etməyə çalışır. Maraqlıdır ki, bugün Paşinyan parlament saatında sülh prosesini önə çəkən önəmli mesajlar verərək durumu xilas etməyə çalışır.

Bugünkü qlobal, regional, ikitərəfli və daxili amillər nəzərə alındığında Ermənistan-Rusiya münasibətlərində kontrollü gərginlik Azərbaycan və Türkiyəyə taktiki baxımdan sərf edir!

Ancaq bu gərginlik kontroldan çıxsa və Ermənistanda Paşinyan hakimiyyətinə qarşı qeyri-legitim daxili və xarici müdaxiləyə səbəb olsa bu Azərbaycan və Türkiyə baxımından arzu edilməz və Qafqazda normallaşmanı məhv edəcək bir hadisə olar!

Hazırda Biden və Makron komandası üçün isə daxili siyasət və ermeni diasporasının istəkləri daha önəmlidir.
Nazim Cafersoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir