KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Nazim Cafersoy: Putin sonrası Rusiya-Türkiyə münasibətləri necə olar?

Nazim Cafersoy: Putin sonrası Rusiya-Türkiyə münasibətləri necə olar?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
325 0

Putin sonrası Rusiya-Türkiyə münasibətləri necə olar?

Rusiya ilə Türkiyə 2-ci partiya S-400 satışını müzakirə edirlər. Bu prosesdə texnologiya transferi mövzusu da gündəmdədir.

Rusiya və Türkiyə münasibətlərində 5-ci nəsil təyyarə üzrə müzakirələrə başlayacağı ciddi ciddi gündəmə gəlib.

Akkuyu AES sadəcə enerji lahiyəsi deyil, qlobal siyasətdə strateji güc qazanimı mənasını daşıyan nüvə texnologiyası transferi də deməkdir.

Hələ münasibətlərin strateji xarakteri baxımından enerji amilinin böyük bir önəmi var.

Rusiya və Türkiyə Suriya və Qafqazdan sonra Əfqanıstanda əməkdaşlıgı müzakirə edirlər.

Rusiya Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmaqla bağlı niyyətlərini dilə gətirir.

Rusiyada Savitski və Qumilyov (hər ikisi “Rusiya= Rus+Türk sintezi” deyirlər. ) modeli Rus-Türk münasibətləri yozumları sıxlaşıb. (Peskov da bugün benzer yorumlardan birini edib)

Rusiya son 80 ildə NATO-nun ikinci böyük ordusuna malik Türkiyə ilə Ankara-Vaşnqton münasibətlərini pozacaq qədər yaxınlaşıb.

Qlobal siyasətdə Rusiyanın şərqində Çin iqtisadi gücü, əhalisi və ordusu ilə, qərbində isə ABŞ hərbi, siyasi, iqtisadi və ideoloji gücü ilə təsir imkanlarını artırır. Və Rusiyanın bunlara qarşı tək başına balans yaratmaq üçün strateji imkanları yoxdur.

Rusiyanın ənənəvi xristian həmrəyliyinə (Panortodoksluq: Üçüncü Roma) və Panslavizmə dayanan imperyal iddiaları Balkanlar, Qafqazlar, post sovet coğrafyada (Ukrayna, Belarus, Gürcüstan və Ermənistan) ciddi məğlubiyyətlər alıb.

Rusiyanın nisbətən ən uğurlu əməkdaşlıq modeli Avrasiya İqtisadi Birliyi və KTMT kimi qurumlarda 2 üzv Türk əsillidir. Müşahidəçi üzvlərdən İranda da Türklük yüksəlir. Muhtemel namizədlər arasında Türk əsillər də var.

Rusiya daxilində həm yeni yetişən elitada Türklər və müsəlmanlar (Tatarlar, Başkurtlar Yakutlar, Çeçenlər, Azərbaycanlılar və s) getdikce fəallaşır, bu əhalinin inistitual qurumlarının (Tatarıstan, Yakutya, Başkurtistan və s.) durumları o qədər də zəif deyil. Rusiyada kecmislə müqayisədə yeni nəsil Ruslar arasında da Türkiyə eleydarlığı ictimai menada çox zəifləyib. Dünya getdikcə cəmiyyəti daha çox nəzərə alan sistemlərə doğru təkamül edir və Rusiya da bundan payını alır. Təyyarə vurulmasına, səfirin öldürülməsinə və Qarabağ müharibəsinə Rusiya dövlətinin reaksiyalarını bunun nümunələrindən saymaq olar.

Rusiyada Türkiyə ilə münasibətlərdən böyük gelir götürən və qərar prosesində yer alan hərbi sənaye kompleksi, nüvə enerjisi, dövlət neft-qaz şirkətləri, turizm, qida və inşaat şirkətlərinin olduğu güclü dairələr var. Qərb embarqo edərkən böyük gəlir gətirən Türkiyə bazarının zərər görməsi və itirilməsi Rusiyanın strateji maraqlarına da ziddir.

Bu qlobal, regional və daxili şərtlərdə Rusiyada Putin gedib yerinə kim gəlirsə gəlsin Rusiyanın Türkiyə siyasətinin bugünkü mənzərəsi o qədər də dəyişməz!!! Hətta mən bir az daha dərinləşməsini də gözləyirəm!
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir