KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Nazim Cafersoy: Paşinyan Soçi görüşü öncəsi ne edib?

Nazim Cafersoy: Paşinyan Soçi görüşü öncəsi ne edib?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
62 0

Paşinyan Soçi görüşündən əvvəl bəzi hazırlıq addımları atıb. Belə ki, o Qorus-Qafan yolunun anklav hissesinde qalan kəndlərin və Sunyuk bölgəsinin müxtəlif səviyyəli rəsmi nümayəndələri ilə görüşüb. Paşinyan hökuməti təxminən eyni günlərdə bu bölgənin sosial-iqtisadi problemlərinin həlli üçün yeni büdcə ayırıb. Fikrimcə bu görüşün və ayrılan büdcənin məqsədi taleyi haqqında kritik qərarlar verəcəyi bölgə insanını bu prosesə hazırlamaq olub. İndi bu görüşdən xəbərlər yayılmağa başlayıb. İddialara görə, Paşinyan görüşdə deyib ki, “30 ildir cəmiyyəti ‘Qarabağ Ermənilərin olacaq’ yalanı ilə aldadıblar və nəticənin bu cür olacağı məlum idi”. İddiaya görə, Paşinyan Sunyuk təmsilçilərinə Zəngəzur yolunun açılmasının hərbi, iqtisadi, siyasi və geosiyasi zərurətini vurğulayıb. Görüş iştirakçıları mətbuatın bu istiqamətdəki suallarına cavab verməyiblər.
Bu addımlardan sonra Paşinyan online mətbuat konfransı ilə oz xalqını, xüsusilə öz tərəfdarlarını Soçidə alınacaq qərarlara hazırlayıb. Bu prosesi möhkəmlətmək və Qarabağ üçün veriləcək qərarlarda etirazı azaltmaq üçün də əlavə olaraq büdcədən Qarabağ ermənilərinə də bizim pulla təxminən 48-50 milyon manat pul ayırıb. Fikrimcə, buna Azərbaycanın etirazını azaltmaq üçün də öncədən Qarabağa səfər eden və prosesi sabotaj edən Ermənistan müdafiə nazirini işdən çıxardıb. Bu arada qərargah rəisinin də işdən çıxarılacağı xəbərləri də yayılıb.

Demək istədiyim odur ki, Paşinyan və komandası plansız, xaotik və gələcəyi olmayan günlük qərarlar vermir, hətta ziddiyətli görünən qərarları bele komandanın oyun planında bir anlam daşıyır. Bəzən duruma görə bu oyun planında dəyişikliklər ola bilər, amma istiqamət Azərbaycanla və Türkiyə ilə sülh, Cənubi Qafqazda normallaşmadır, çünki bu komanda Ermenileri bu coğrafyada normal yaşamasının və normal dövlət olmasınin ən doğru və ən mümkün yolunun bu olduğunun yetərincə fərqindədir.

Bu arada Ermeni müxalif liderin və köhnə milli təhlükəsizlik xidməti rəisi Paşinyanın Azərbaycanla müzakirələrdə ondan başqa ikinci bir vasitəçi ilə də müzakirə apardığını iddia edib. Ermeni mətbuatı bu şəxsin hazırda Paşinyanın kabinet aparatınin xarici əlaqələr məsulu Qraçya Taşçıyan olduğunu iddia edib. Taşçıyan peşəkar diplomatdır, XİN-də NATO-dan məsul olub, Ermenistanın ABŞ uzrə xüsusi nümayəndəsi və Paşinyanın köməkçisi olub.

Paşinyanın bizə çox absurd görünən açıqlama və məntiq mühakimələrinin hədəfi isə Haydat doktrini və Türklərə dair yalanlarla yeterincə zəhərlənmiş Ermeni cəmiyyətini anladıqları dildən normallaşdırmaqdır. Bu dil bəzən qorxutma olur, bəzən tərifləmə, bəzən tarixi nümunə göstərmə, bəzən ikna etmə, bəzən də nifrət. Modern siyasi təbliğatda bunların hamısı geniş istifadə edilir. Son 1 ildəki proses göstərir ki, Paşinyan hələlik bunu ən uğurlu həyata keçirən Ermeni siyasi liderdir.

Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.