KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Nazim Cafersoy: Paşinyan 12 Avqustda kabinetdəki çıxışında maraqlı mesajlar verib.

Nazim Cafersoy: Paşinyan 12 Avqustda kabinetdəki çıxışında maraqlı mesajlar verib.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
362 0

Əvvəla, çıxışın üslubu və istifadə edilən terminologiya bölgədə Ermənistanın normallaşmasına doğru bir addım sayıla bilər.
İkinci, bu çıxışın ümumi məsaj xətti regiondaki münasibətlərin normallaşmasına xidmət edir. Ən çox istifadə edilən ifadələr arasında “sülh”, “əməkdaşlıq”, “müzakirə”, “diyalog”, kimi terminlər diqqəti cəlb edir. Ən ağır neqativ ifadələr içərisində isə “provaktiv açıqlama və fəaliyyət” diqqəti cəlb edir. Neqativ ifadələr daha azdır.
Üçüncüsü, çıxışın Ermənistan rəsmilərinin prosesləri gərginləşdirdiyi dövrdə edilməsi rəsmi İrəvanın “gərginliyin kontroldan çıxmasına imkân verməmək” cəhdi kimi izah edilə bilər. Daha da əvvəl də yazdığım kimi, Paşinyan komandası bunu tez-tez edir. (https://www.facebook.com/permalink.php?story_fbid=10215472011713015&id=1820002959&notif_id=1628622976018660&notif_t=feedback_reaction_generic&ref=notif)
Dördüncü çıxışda verilən mesajlardan da xüsusilə diqqəti cəlb edilənlər isə bunlardır:
1. Paşinyan Ermənistanın, Qarabağın (“Arsak” deyib) və regionun sülh şəraitində inkişafı və proemlərin həlli üçün ola bildiğincə fəal və elastik (flexible) davranacaqlarını bildirib.O hökumətin prosesə “problem həlli hədəfli” yanaşma ilə baxacağını vurğulayıb. “Elastik davranmaq” və “problem həll hədəfli davranmaq” diplomatik mənada real durumu diqqətə alacaq şəkildə hərəkət etmək kimi yozula bilər. Statusu məsələsinin üstündən sükutla keçməsi də diqqəti cəlb edir.
2. Paşinyan 3-lü formatda kommunikasiya komissiyanin işini davam etdirmək istədiklərini və prosesin uğurlu olması istəyini beyan edib.
3. Paşinyan sərhəddin demarkasiya və delimitasiya ilə bağlı əməkdaşlıq prosesində maraqlı olduqlarını bəyan edib. Ancaq burda KTMT vəya Minsk Qrupu həmsədrləri müşahidəçilik misyasini vurğulayıb.
4. Paşinyan ordudaki islahat işlərinin aparılmasına qonşu ölkələrə düşmənçilik və agresiya məqsədli olmadığını bildirib. Bununla o Ermənistan -Rusiya hərbi münasibətləri inkişafının Azərbaycana revanş üçün lazım olduğunu deyən daxili və xarici tezislərə qarşı çıxıb.
5. Paşinyan Ermənistan sulh pervərliyini və qonşularla normal münasibət quracağıni bildirib. O bunun hökumətin əsas hədəflərindən olduğunu bildirib. Bu çərçivədə ehtiyac olarsa birbaşa ikili diyaloga hazir olduqlarını bildirib. Beləcə Azərbaycan və Türkiyə ilə birbaşa münasibətlər qurmağa neqativ baxmadiqlarini dolaylı bildirib. Diplomatik terminologiyada bu Azərbaycan və Türkiyənin diyalog çağrılarına dolaylı müsbət cavab verməkdir.
5. Maraqlı olan bir məqam da Azərbaycana yönəlik ənənəvi neqativ ritorikanın bu çıxışda çox zəifləməsidir. Məsələn, Azərbaycana yönəlik tənqid üçün “status” vəya “diversantlar” kimi hər iki tərəf üçün çox həssas olan sərt mövzular yerinə, “qənimətlər parkı” kimi nisbətən daha az önəmli bir mövzunu istifadə etməsi də bu menada maraqlı məqamdır.
Paşinyan bu tezislərinin hökumətin 5 illik fəaliyyət planında daha ətraflı yer alacağını da elan edib.
Şübhəsiz bu çıxış hər şeyi həll etmir, ancaq prosesin gedişatı haqqında Ermənistanin mövqeyi və stratejisi haqqında fikir vermek baxımından maraqlıdır.
Əslində bu cür çıxışların ritorika, diskurs, mesaj mahiyyəti, zamanlama və hadisə analizi ile bağlı çox daha uzun bir təhlil yazmaq olar, ancaq oxuyan az olur. Ona görə də bu qədər bəsdir.
Nazim Cafersoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir