Rusiya xarici işlər naziri Sergey Lavrovun 10 noyabrdan 6 ay sonra Bakı və İrəvan səfərlərini yarım ilin hesabat səfəri kimi xarakterizə etmək olar. Lavrovun gəlişin öncəsində regionda Rusiyanın vasitəçilik misyasında müəyyən sarsılmalar yaşanırdı. Bu sarsılmalar özün əsasən 6 istiqamətdə, Ermənistan, Azərbaycan, Türkiyə, Avropa, ABŞ və Gürcüstan istiqamətlərində göstərirdi.
Bu istiqamətlərdən birincisi Ermənistan cəbhəsində yaşananlardı. Belə ki, seçkilər ərəfəsində olan Ermənistanda Rusiyanın vasitəçilik mövqeyini sarsan 4 hadisə baş verməktəydi: a) Ölkədə başda Koçaryan olmaqla revanşistlərin seçim ərəfəsində səsləri çox daha gur yüksəlirdi.b) Zəngəzur koridoru məsələsi 10 noyabr razılaşmasına təhlükə yaradacaq qədər ciddi etiraz reaksiyası doğururdu.c) Rüstəm Muradov əsir dəyişdirmə işində başarısız olaraq İrəvana boş təyyarə ilə getmək durumunda qalmışdı. d) Njdenin heykelinin qaldırılması məsələsində Qarabağ ermənilərinin ciddi müqaviməti vardı və nəticə Ruslar üçün uğursuzluq oldu.
Bu istiqamətlərin ikincisi olan Azərbaycan tərəfdə isə Rusiyanın vasitəçilik misyasını sarsan aşağıdakı hadisələr baş verməktəydi: a) İskəndər böhranı b) Mina xəritələrinin verilməməsi c) Əsirlər barədə təzyiqlər edilməsi d) Sulh məramlıların qondarma rejim və Laçın koridoru konteksində gərəkli həssasiyyətləri göstərməməsi.Son günlərdə bu narahatcilıq özünü Xankəndində hərbi keçid və Njdenin heykelinin qaldırılmasında uğursuzluq formasında özünü göstərirdi.
Bu istiqamətlərin üçüncüsü Türkiyə barəd problem isə özünü rəsmi Ankaranın prosesdəki durumunu passivləşdirilməsindən narahatçılığı və verilən rəsmi açıqlamalarla Azərbaycanın narahatçılıqlarına tam dəstek konteksində özünü göstərirdi. İskəndər böhranı və əsir təslimi kimi problemlər fonunda Rusiya prezidenti Putin Türkiyə həmkarı prezidenti Ərdoğana zəng edərək prosesi onunla müzakirə etmişdi. Telefon danışığı sonrasında Türkiyə tərəfindən verilən rəsmi açıqlamada “Qarabağa dair müzakirə fürsətinin daha yaxşı istifadə edilməsi” vurğusu edilərək vəziyyətdən narahatçılıq ortaya qoyulurdu.
Bu istiqamətlərin dördüncü, Avropa istiqamətində isə Rusiyanın vasitəçilik misyasına təsir özünü iki konteksdə göstərirdi. İlk konteks Fransanın həm Rusiya lideri Putin, həm də Ermənistan rəhbərliyi nəzdində daha da fəallaşması idi. Avropa istiqamətinin ikinci müstəvisində AŞPA və Avropa Məhkəməsində Qarabağ mövzusunda müzakirə, çağırış və qərarlar qəbul edilməktəydi.
Rusiyanın vasitəçilik misyasına neqativ təsir göstərən beşinci istiqamət isə ABŞ cəbhəsi idi. Rusiya ilə gərginləşən münasibətləri olan ABŞ Cənubi Qafqazdakı son prosesə dair fəallığı isə özünü 3 konteksdə göstərirdi. Öncəliklə, Baydenin Türkiyə prezidenti Ərdoğana zəng edərək NATO zirvəsində görüşmə və münasibətlərin müzakirəsini təklif edirdi. Bu durum Türkiyənin Qafqazda Rusiya ilə əməkdaşlığı baxımından risqlər yaradırdı.İkinci olaraq, Bayden qondarma soyqırımı tanıma qərarı ilə Ermənistan rəhbərliyi ilə əməkdaşlıq həmləsi edirdi. Üçüncü, ABŞ dövlət katibi Bilinken Azərbaycan prezidentinə zəng edərək 907-ci düzəlişin bu il də durdurulduğunu bildirir və əməkdaşlıq təklifi edirdi.
Üstdəkilər kimi təsirli olmasa da, Rusiyanın vasitəçilik misyasına təsir göstərən altıncı istiqamət Gürcüstanın Azərbaycan-Ermənistan munasibətlərində vasitəçilik konteksində fəallaşması idi. (Bu barədə daha əvvəl ətraflı analiz yazmışam)
Dr Nazim Cafersoy
- Anasayfa
- »
- Azerbaycan
- »
- Nazim Cafersoy: Lavrovun bölgə səfərinin şifrələri-1
Nazim Cafersoy: Lavrovun bölgə səfərinin şifrələri-1
420 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.