KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: LAÇINDA SƏRHƏD VƏ GÖMRÜK POSTU ÜÇÜN AZƏRBAYCAN ÜÇÜN DOĞRU YANAŞMA NƏDİR?

Nazim Cafersoy: LAÇINDA SƏRHƏD VƏ GÖMRÜK POSTU ÜÇÜN AZƏRBAYCAN ÜÇÜN DOĞRU YANAŞMA NƏDİR?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
290 0

Bir daha yazım ki, Zəngəzur və Laçın yollarının rejiminin eyniləşdirmək həm taktiki, həm hüquqi, həm psixoloji, həm də stratejik baxımdan yanlışdır. (Bunun təhlükələri barədə 4 status yazmışam, ehtiyac olsa geniş izahlı yeni bir status da yazaram!)

Bu eyniləşdirməni ifade etməsini Azərbaycan prezidentinə məsləhət edən müşavirlər səhv məsləhət veriblər!!! Eyniylə qələbə gününün 10 noyabr tarixi olması təklifi kimi!
Ümid edirəm ki, cənab prezident Zəngəzur və Laçın yolu eyniləşdirməsini bir daha etməz!!!! Hələ bunu “Laçına sərhəd və gömrük postları qurmaq üçün taktik bir həmlə kimi” görməyə və müdafiə etməyə ehtiyac yoxdur, çünki daha başqa doğru və güclü həmlələrimiz var. Sadəcə ikisini aşağıda yazıram.

NƏ ETMƏLİ?

I. Ermənistanın Zəngəzur yolunun təhlükəsizliyini təmin etməsi 10 noyabr bəyannaməsində tənzimlənmiş bir mövzudur. (maddə 9) Biz isə bunu həyata keçirmək üçün taktiki, hüquqi, psixoloji və strateji baxımdan Zəngəzur yolunun hüquqi rejimini Gorus-Qafan yolundakı 21 km yolla, Kərkidən keçən Ermenistan daxilindəki M2 yolu və Qazağın işğal altında qalan Aşağı Əskipara kəndindən keçən yolla müqayisə etməli və bunlarla eyni şəkildə tənzimlənməsini istəməliyik. Bu həm hüquqi, həm taktiki, həm də stratejik, həm də psixoloji baxımdan ən doğru olandır!!!

II. Laçın sərhədində sərhəd və post qurulması isə Azərbaycanın suveren hüququdur.(beynəlxalq hüquqda bu cür haqqa ən yuxarı iyerarxiyaya malik “jus cogens” nitelikli qayda deyilir) Belə ki, beynəlxalq hüquq, BMT-nin qətnamələri, ATƏT Minsk qrupunda müzakirə prosesi, başda prezident Putin olmaqla Rusiya rəsmiləri Laçının Azərbaycan torpağı olduğunu bütün doğrudan və dolaylı bəyanatlarında və açıqlamalarında qəbul ediblər. Bundan başqa Laçın yolunun mövcud durumunu tənzimləyən 10 noyabr 2020 tarixli bəyanat da aşağıdakı məqamlar çərçivəsində Laçının Azərbaycan torpağı olduğunu həm Rusiyanın, həm də Ermənistanın qəbul etdiyini aşağıdakı məqamlar çərçivəsində açıqca ortaya qoymaqdadır:

1. 10 noyabr bəyannaməsi Azərbaycanın beynəlxalq hüquqa uyğun istəyi çərçivəsində Ermənistan işğal qüvvələrinin Laçını tərk etməsini və bu rayonun Azərbaycana qaytarılmasını tənzimləyərək, bu rayonun Azərbaycan ərazisi olduğunu qəbul etmişdir. (maddə 6)

2. 10 noyabr bəyannaməsi Azərbaycanın tək başına sülhməramlıların səlahiyyətlərin sona çatdırılması hüququnu net qəbul edərək, mövcud durumun müvəqqəti olduğunu və bu bölgənin Azərbaycan ərazisi olduğunu qəbul etmişdir. (maddə 4) Bunun belə olduğunun ən açıq nümunəsi isə rəsmi Moskvanın Laçında da olan Rus sülhməramlılarının statusu ilə bağlı hüquqi və siyasi müzakirələri sadəcə Azərbaycanla aparmasıdır.

3. 10 noyabr bəyannaməsi Laçında təhlükəsizliyin təminatçısı kimi Azərbaycanın olduğunu vurgulayarak da Laçını koridor daxil Azərbaycan torpağı kimi qəbul etmişdir. (maddə 6)

4. Digər tərəfdən sərhədlərin demarkasiya və delimitasiya ilə bağlı aparılan bütün müzakirələrdə prosesin sovet xəritələri ilə aparılacağı qeyd edilməkdədir. Bütün sovet xəritələrində isə Laçın rayonunun ərazisi və bu çərçivədə Ermənistanla sərhəd hissəsi bütünüylə Azərbaycana aitdir.

Beynəlxalq hüquqda dövlətlərin oz ərazilərinə girişdə sərhəd və gömrük postları qurması dövlətin suverenlik hüququna ait olan əsas qaydadır. (Jus Cogens) Bunun nə şəkildə qurulacağına dair əsas söz isə ələqadar dövlətə aid bir haqqdır. Biz bu hüququ son olaraq Eyvazlı və Çayzəminli də qurduğumuz sərhəd və gömrük postlarında istifadə etdik, Ermənistan, Rusiya və İran olmaqla hər kəs də bunu qəbul etdi!
Bu konteksdə Azərbaycan dövləti Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu hissənin tamamında sərhəd və gömrük postları qurma hüququna malikdir. Azərbaycan dövlət Rusiya sülhməramlılarına statusuna dair müzakirələrdə bu mövzunu müzakirə edərək sərhəd və gömrük postları ile yanaşı Rus sülh məramlılarının da olmasının tənzimlənməsini həyata keçirə bilər. Hazırda başda Şuşa ətrafı olmaq üzrə Qarabağa müxtəlif yerlərdə Azərbaycan ilə Rusiya hərbçilərinin bir birinə yaxın vəya müəyyən ortaqlıq etdiyinin nümunələr var. Bu nümunənin bir bənzərini Laçında sərhəd postunda həyata keçirmək mümkündür və lazımdır!!!
Bu izahlar çərçivəsində
LAÇINDA SƏRHƏD VƏ GÖMRÜK POSTU QURULMASI AZƏRBAYCANIN BEYNƏLXALQ HÜQUQDAN DOĞAN ƏN TƏBİİ HAQQIDIR. AZƏRBAYCAN TƏRƏFİ SADƏCƏ LAÇIN RAYONUNDA SƏRNƏDDİN DƏQİQLƏŞDİRMƏ (DEMARKASİYA) VƏ NİŞANLANMASI (DELİMİTASİYA) PROSESİNİ ƏLƏQADAR KOMİSSİYADA MÜZAKİRƏ EDƏR. AZƏRBAYCAN ONDAN SONRA İSƏ SƏRHƏD VƏ GÖMRÜK POSTUNUN HARADA QURULACAĞINI İSƏ ÖZÜ QƏRAR VERİR, ANCAQ BU MƏQAMDA PRAKTİKİ FƏALİYYƏT TƏMİNİ ÜÇÜN ERMƏNİSTAN VƏ RUSİYA İLƏ TEXNİKİ MÜZAKİRƏ APARILA BİLƏR!
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir