KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Nazim Cafersoy: KTMT və Qazaxıstan Hadisələri

Nazim Cafersoy: KTMT və Qazaxıstan Hadisələri

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
333 0

KTMT və Qazaxıstan Hadisələri

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-nin Qazaxıstana hərbi müdaxiləsi təşkilat və Rusiya üçün TAKTİKİ QƏLƏBƏ, ancaq STRATEJİ MƏĞLUBİYYƏT sayıla bilər!

1. KTMT Ermənistan baxımından artıq ciddi bir diskredite olma prosesi yaşayır. Bu proses Paşinyanın hakimiyyəti gəlişi ilə erməni xalqının və elitasının Qərbçi və nisbətən mütərəqqi təbəqəsində onsuz da özünü göstərirdi. KTMT Qarabağ müharibəsi səbəbiylə erməni xalqının ənənəvi və Ruscu təbəqəsi və elitasında ciddi tənqidə məruz qaldı. Maraqlıdır ki, indi hər iki təbəqədən demokratlar “xalqı hərəkətini niyə yatırmağa komek edirsən” tezisi ilə, revanşistlər isə ” KTMT Azərbaycanla müharibədə bizə dəstək vermədi” və Qazaxıstan hakimiyyəti bizə qarşı Azərbaycanı dəstəkləyib” tezisləri ilə
Ermənistan baş naziri Paşinyanın KTMT vasitəsilə Qazaxıstana əsgər göndərməsini tənqid edir. Paşinyana gəlincə, onun bu prosesdə fəal rol alması KTMT-sədri kimi məcburən oldu və üstelik sayca ən az və simvolik sayda əsgəri göndərdi. Bu arada sosial mediadaki iddialara görə Ermenistan birliyini ” ticarət bazarını mühafizə etdiyi” bildirilir.

2. Diğər üzv Qırğızıstanda Qazaxıstana göndərilən hərbi kontingentində iştirakla bağlı qızğın müzakirələr oldu və bu ölkə prosesə ən gec qoşuldu. Qırğızıstan qoşulurkən də müəyyən şərtlər (ancaq mühafizə işində olacağıq, müdafiə ediləcək yerləri öncədən bilməliyik.) və simvolik sayda hərbiçi göndərdi.

3. KTMT- baş katibi proseslərlə bağlı təşkilat daxili və xarici reaksiyalar səbəbiylə “sülh kontingentini məhdud say, məhdud misya və ən çox həftələrlə məhdud dövrdə Qazaxıstanda olacağını” bəyan etmək durumunda qaldı.

4. Qazaxıstan hadisəsində KTMT-nin həm oz ölkəsində, həm post sovet coğrafyada, həm Qazaxıstanda, həm də dünyada yetərincə problemli və məhdud imkanlara malik bir siyasi lider olan Lukaşenkonun öncülüğündə onə çıxması da bu təşkilatın durumunu ortaya qoyan bir mənzərədir.

5. Rusiya lideri Putinin bu prosesdə mümkün mərtəbə geri planda qalması və qabağa KTMT sədri Paşinyan və Lukaşenkonu verməsi də KTMT-nin bu addımının Qazaxıstan və dünya cəmiyyəti üçün müdafiə ediləmiyəcək qədər problemli olduğunu göstərir.

6. Qazaxıstan hadisəsindən sonra Azərbaycanın bu təşkilata hətta müşahidəçi statusla üzv olmaq təşəbbüsünün belə ölkədə gündəmə gəlməsi çox çətinləşib.
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir