KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Nazim Cafersoy: İran Paşinyanı devirmək istəyir?

Nazim Cafersoy: İran Paşinyanı devirmək istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
277 0

Ermənistan müxalifətinin fəallaşması bu ölkədə daxili-siyasi vəziyyəti gərginləşdirib. Hakimiyyətin əsas opponentlərindən sayılan Köçəryan-Sərkisyanın cütlüyünün kütləvi aksiyalara start verməsi situasiyanı daha da mürəkkəbləşdirib.

Baş verən hadisələrin fonunda İranın İrəvanda fəallığını artırması diqqətdən yayınmır. Tehranın Ermənistanda hakimiyyəti dəyişdirmək niyyətində olduğu bildirilir. Eks-prezident Serj Sərkisyanın ölkəsində “İranın adamı” kimi tanınması bu ehtimalı daha da gücləndirib.

İran Köçəryan-Sarkisyan cütlüyünə dəstək verərək Paşinyan iqtidarını devirə bilərmi?

Politoloq Nazim Cəfərsoy Yenisabah.az-a açıqlamasında deyib ki, İran Ermənistanda güc balansını dəyişdirə biləcək imkana malik deyil:

“Bu iddianı kimin səsləndirdiyini bilmirəm. Bu iddianı ciddi saymıram. Çünki İranın belə bir potensialı yoxdur. İranın Ermənistandakı gücü əsasən onunla iqtisadi münasibətlərdən qaynaqlanan bir prosesdir. Bu daha çox qarşılıqlı ticarətlə səciyyələnir. İranın iqtisadi gücü Ermənistanın güc balansını dəyişdirə biləcək səviyyədə deyil. Ermənsitanın daxili siyasətində güc balansını dəyişdirəcək və ya hər hansı bir hakimiyyət dəyişikliyini xüsusiyyələndirəcək xarici qüvvə İran deyil. İranın bu cür potensialının və imkanlarının olduğunu düşünmürəm.

Başqa bir xarici güclərdən, məsələn Rusiyadan bəhs etsək olar. Rusiya xaric İran Ermənistanda daxili hakimiyyəti devirə biləcək potensiala sahib qüvvə deyil. Gücü olduğunu da nəzərə almıram. Bunu real da hesab etmirəm”.

Politoloqun sözlərinə görə, müxalifət xalqı səfərbər edə bilmir:

“Sərkisyan ənənəvi olaraq Rusiyanın müəyyən dairələrinin dəstəyini alıb. Köçəryan isə adətən Ermənistanın daxili siyasətində Rusiyanın investisiya qoyduğu fiqurlarından biri hesab edilirdi.

Sərkisyan Rusiyanın “müqəddəs siyasəti”ndə geri plana düşüb. Biz bunu 2018-ci ildə Sarkisyan devirilən zaman gördük. Moskvanın bəzi dairələrdə Köçəryan üzərindən Ermənistan daxili siyasətindən müəyyən oyunlar qurmağı düşünsələr də, seçkilər Ermənistan cəmiyyətinin reaksiyasını göstərdi. Çünki revanşistlər Paşinyanı devirmək üçün müəyyən hərəkətlər etməyə çalışdılar. Lakin bunlar bir nəticə vermədi. Müxalifət xalqı səfərbər edə bilmir. Bunun konkret nəticəsi də seçkilərdən aydın oldu”.

N.Cəfərsoy qeyd edib ki, Köçəryan və Sarkisyan Ermənistan cəmiyyətində uduzan fiqurlardır:

“Onlar Ermənistan cəmiyyətində uduzan fiqurlardır. Öz kreditlərini və ya nüfuzlarını önəmli ölçüdə itirmiş aamlardır. Bunlar oyun qurucu deyil. Sadəcə oyun prosesində təsiredici fiqurlar ola bilərlər. Onların bu prosesdəki rolunda Rusiya faktoru əhəmiyyətlidir”.

Nəzrin Vahid

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir