Qlobal ve regional sistemlərdə ciddi və çox boyutlu geosiyasi və əslindən isə daha dərin mənada stratejik dəyişikliklər baş verir. Başda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmaqla hər dövlət bu dəyişikliklərə öz milli maraqları çərçivəsində mövqe, vasitə, taktik vəya strateji, hətta duruma görə qismən sistemini yeniləyərək cavab verir.
Qlobal və regional dəyişikliklərin özünün ən çox göstərdiyi bölgələr arasında İranın içində olduğu və qonşuları olan Qafqaz, Orta Şərq və Türkistan da var. Bizim regionda İrana birbaşa və dolaylı qonşu olan dövlətlərdən Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, qismən Türkmənistan öz stratejik mövqelərində yavaş və mərhələli, amma ciddi sayılacaq dəyişikliklər edirlər.
İran mövcud siyasi, iqtisadi, mədəni və geosiyasi durumu səbəbiylə bu stratejik dəyişikləri başda daxili sistemi olmaq üzrə ən ciddi hiss edən və gələcəkdə daha da dərindən hiss etməyə davam edəcək ölkədir. Hətta bu proseslər İranın bir dövlət kimi varlığını yox edəcək hadisələr olma mahiyyətini daşıyır. İran prezidenti Pezeşkiyanın bu günlərdə yayılan və mahiyyəti “etnik məsələləri həll etməsək İran dagila bilər” olan videosu təsadüfi deyil, ən yuxarı siyasi mərtəbədən durumun ifadəsidir!
Məsud Pezeşkiyan İran dövlətinin, siyasətinin ve İran cəmiyyətinin bu proseslər üçün ortaya qoyduğu bir kontrollü çıxış yolu modelidir.
İran Pezeşkiyanı tərcih edərək bir dəyişimin ilk addımını atmışdır. Bu yavaş, mərhələli, çox zaman ziddiyyətli, həm daxili, həm də xarici siyasətdə zamana yayılan növbəti kontrollü dəyişikliklər prosesi cəhdi kimi xarakterizə edilə bilər.
Mənim fikrimcə Pezeşkiyan seçimi İran sisteminin İranın normalleşmesi və panfarsist, teokratik və məzhəbçi ənənədən xilas olaraq Türk coğrafiyası ucun daha faydalı və partner olması prosesinin də ilkin addımlarıdır. Bu seçimin uğurlu olub olmayacağını zaman göstərəcək!
İranın Çinlə münasibətləri, İsrailə reaksiyasının ənənəvi olmaqdan çıxmağı başlaması, Rusiya ilə münasibətlərində ortaya çıxan yeni meyillər bunun ilkin nümunələridir. Bu dəyişikliklər özünü Türkiyə, Azərbaycan və Türk dünyası məsələsində də özünün göstərəcək! Bu çərçivədə İranın TDT-nə müşahidəçi kimi müraciətini də gözləyin! Bir zamanlar Rusiya üçün Qarabağ mövzusunda deyilən “Ruslar Qarabağın Azərbaycanın olmasına imkan verməyəcəklər.” fikri necə dəyişdisə, İranın mövqeyi də dəyişəcək, çünki dövlət maraqları səbəbiylə buna məhkumdur!
İran dövləti oz varlığın qorumaq üçün bir gün hamıdan daha çox Türkçülük etsə şaşırmayın