KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Helikopter qəzası barədə bəzi qeydlər

Nazim Cafersoy: Helikopter qəzası barədə bəzi qeydlər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
287 0

Helikopter qəzası barədə bəzi qeydlər:

Helikopter qəzasında iki əsas məsələ arasında doğru balans qurmaq lazım idi və lazımdır:

1. Helikopterin qəzaya uğramasının həqiqi səbəblərini real mənada araştırmaq və ictimaiyyəti inandırıcı melumatlandirmaq.

Hadisə baş verəndən yarım saat sonra (12.11) DSX rəsmi səhifəsində məlumat yayımlanıb. Sürət yaxşıdır, ancaq vasitə uyğun deyil. Bu mövzunun DSX rəhbəri (o anda mümkün deyilsə uygun müavini) tərəfindən canlı yayımla açıqlanması daha doğru olardı.O mətbuat konfransında DSX -nın ələqadar rəsmi qurumların mövzunu sabotaj ehtimalı daxil hər tərəfli araştıracağı bildirilməliydi.Hətta prosesə ictimai inandırıcılığı yüksək olan bəzi hüquqçu şəxslərin də cəlb ediləcəyini də bildirə bilərdi. Əvəzində nə oldu? Sosial mediada yansıyan görüntülərdən belə aydın olur ki, DSX rəisi təxribat mövzulu sualı veren jurnalistin sözünü bitirmesinə imkân vermədən bu ehtimalı kəskin formada rədd edib. Geniş bir təhqiqat olmadan ictimai rəydə manipulyasiya edilən bir ehtimalı həm də o hərbi qurumun rəhbərinin rədd etməsi hem təhqiqatın nəticələrinin obyektivlini ortadan qaldırır, həm də o ehtimalın inandırıcılığını artır axı!!! Bu da yetməyib ölkədə inandırıcılığı ən zəif olan TV rəhbəri jurnalisti xəstəxanaya göndəriblər, o da verdiyi suallarla ancaq ətraflı təhqiqatin cavab verməsi ilə mümkün olacaq nəticələri yaralılardan almağa çalışıb. Onlar da özətlə deyiblər ki, “helikopter problemsiz, pilotlar peşəkar və hava da əlverişli idi.” Bu cavablarla da əslində “sabotaj olduğu” iddiasının güçləndiriblər!!! Çünki məntiqlə başqa ehtimal qalmır axı!!!! Üstelik ölümdən dönən o zabitləri yanlış PİAR-ın qurbanı ediblər!!!

2. Helikopter qəzası məsələsinin son dövrdə ordumuzun və DSX-nin güclənən imicinə zərər verəcək manipulyasiya mövzusu olduğunu diqqətdə saxlamaq. Üstelik bu prosesin Azərbaycan xarici siyasəti baxımından da manipulativ xarakterdə olduğunu və Rusiya mövzusu olduğu üçün ictimai mənada həssas məsələ olduğunu da unutmamaq lazımdır.

Hadisə səbəblərini araştırmadan bu haqda “sabotajdan normal qəzaya qədər” hər cür ehtimalı irəli sürmək olar. Bunu onsuz da rəsmilərdən düz əmməli məlumat almayan, aldığında da bunu deyen rəsmilərə hakli olaraq güvənməyən sıravi vətəndaşlar normal refleks olarak dilə gətirir. Bir də hər cür hadisəni cəmiyyətdə ordu və DSX-nın yüksələn imicini (müharibə və sərhəddəki uğurlu fəaliyyətlər) pozmaq və xalqda onlara olan inamı qırmaq üçün şüurlu formada istifadə edən müəyyən xarici dairələrin də olduğunu unutmamaq lazımdır. Bu dairələr əllərindəki imkanları istifadə edərək və rəsmi məqamların yuxarıda bəzilərini ifadə etdiyim neqativ davranışlarını da fürsət bilərək cəmiyyəti uğurla manipulyasiya edirlər. Məsələn, mən ermeni kəşfiyyatının yerinə olsam bu cür fürsəti föte vermezdim!) Özəlliklə Sərhəd dəqiqləşdirməsi və nişanlanması prosesi öncesi DSX-nin moralini pozmaq, ölkə rəhbərliyində və xalqda bu qurum haqqında müəyyən sual işarələri yaratmaq Ermənistanın (və bizi sevmədiklərini hər fürsətdə göstərənlərin) çox arzu etdiyi məqamlardan biridir.

Allah şəhidlərimizə rəhmət eləsin!!!
Bu qəzanın real mənzərəsinin mütləq ortaya çıxarılması, günahkar varsa da cəzalandırılması çox vacibdir!!!

Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir