KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazim Cafersoy: Geosiyasi Tarazlıq və Qarabağ

Nazim Cafersoy: Geosiyasi Tarazlıq və Qarabağ

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
304 0

Geosiyasi baxımdan Qarabağla bağlı 3 ümumi varyant var idi:

1. 30 illik işğalın qalmasına və ərazimizi itirməyə faktiki razı olub yeni strateji istiqamətə doğru irəliləmək: Yəni itirərək qazanmaq. Son 200 ildə əslində bəzən bilərək, bəzən də bilməyərək bəzən xoşluqla, bəzən zorla bunu etmişik vəya etməyə məcbur qalmışıq. Nəticədə regionda geosiyasi, geosiyasi geoiqtisadi, geomədeni və təhlükəsizlik istiqamətləri baxımlardan çox böyük zərbə və məğlubiyyətlər almışıq.

2. Bir xarici gücün himayəsinə girib azad etməyə çalışmaq. Bunu Saakaşvili dövründə Gürcüstan etməyə çalışdı. Dünyanın ən böyük gücü ABŞ-a və AB-yə güvənərək bunu etməyə çalışan Saakaşvilinin cəhdinin nəticəsini hamımız bilirik.

3. Qlobal və regional güc balansını lehimizə istifadə edərək torpaqları azad etmək. Bunu post-sovet coğrafiyada heç kim etməmişdi.

Biz üçüncünü seçdik. Bu seçimin nəticəsində Azərbaycan ordusunun Qarabağda əməliyyatları üçün uyğun geosiyasi mühit yarandı. Və Qəhrəman ordumuz 14 min kvadrat km ərazimizin təxminən 12 minini azad etdi.

Ancaq o qeyd etdiyim geosiyasi balans səbəbiylə ölkəyə Rusiya sülhməramlıları gəldi və ərazimizin təxminən 2-2,5 min kvadratı hələlik nəzarətimizdə deyil. 10 noyabrdan sonra Qarabağda yeni mərhələ başlayıb.
Bu mərhələnin məqsədi geri qalan ərazimizi nəzarət altına almaq və Rusiya sülhməramlılarının razılaşmaya uyğun davranaraq ən qısa vaxtda Qarabağdan çıxıb getməsinə nail olmaq.

Bunun da geosiyasi cəhətdən 3 metodu var:

1. Rusiyaya topyekün təzyiq göstərməyə çalışmaq. Ancaq bunun iki nəticəsi olar: a) Rusiya balans mövqeyindən vazkeçib təkrar ermənilərin ənənəvi müttəfiqi roluna geri dönər. Hazırda ənənəvi erməni yanaşmasının ən çox istədiyi şey budur. Bunun nəticələrinin nə olacağı hamıya tarixi təcrubə ilə məlumdur. b) Azərbaycan Rusiya ilə digər beynəlxalq aktyorların sərt güc (hard power) mübarizəsinin meydanına çevrilər. Bunun nümunəsini Gürcüstan, Ukrayna, Suriya yaşayıb və yaşayır.

2. Azərbaycanın Rusiyanın geosiyasi nüfuz dairəsinin birmənalı üzvünə çevrilmək. Bunun da 200 illik acı tarixi təcrübəsini isə hamımız bilirik.

3. Qlobal, regional, iki tərəfli və Rusiya daxili balansları istifadə edərək strateji ağıl, milli şüur və təmkinlə məqsədimizə çatmaq. Bunu 3-cü Qarabag müharibəsində əsasən bacardıq. İndi qalır bunu bir daha etmək. Bunun yeni mərhələdəki yolunu da başqa yazıda yazaram.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir