KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Nazim Cafersoy: Ermənistan prezidenti niyə istefa etdi?

Nazim Cafersoy: Ermənistan prezidenti niyə istefa etdi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
313 0

Armen Sarkisyanın Ermənistan prezidenti vəzifəsinden nisbətən gözlənilmədən istefa etməsinin bir neçə səbəbi ola bilər. İstefa haqqında açıqlamasına və mövzud proseslərə baxınca ilkin olaraq aşağıdakıları demək olar:

2022-ci il Paşinyan hakimiyyəti üçün daxili, həm de xarici siyasət baxımından çox kritik ildir. Paşinyan daxildə ölkəni yarı prezident üsul idarəsinə götürəcək anayasa islahatları aparmaq niyyətindədir. Xarici siyasət baxımından isə Ermənistan 2022-ci ildə həm xalq, həm elita, həm də diaspora üçün çox ağrılı prosesdə kritik mərhələ başlayıb. Belə ki, Ermənistan hökuməti həm Azərbaycanla, həm də Türkiyə ilə çox mühüm müzakirə və razılaşmalar mərhələsinə girməkdədir.
Paşinyanın daxildə və xaricdə hər iki strateji məsələdə tam nəzarəti təmin etməsi həyatı mahiyyətdədir. Sarkisyan hər nə qədər Qərbin (İngiltərənin) adami kimi tanınsa da Ermənistanda inqilabla gəlməmiş və dövlətdə ali postda oturan tək siyasi idi. Bu mənada Paşinyan komandasının üzvü deyil. Üstəlik son 2 ildə çox kritik proseslərdə (hökümətin istefa çağırmaq, milli birlik hökuməti, ordu qərargahı rəisinin işdən çıxarılmasına etiraz və s.) Paşinyanla arasına məsafə qoymağa sonuna qədər çalışan və sistemin imkanlarını qanunu istifadə edən prezident idi. Son 2 ildə Paşinyan daxildəki en mühüm məqsədi dövlətin bütün qurumlarına tamam hâkim olmaq olub. Diğər mövzularının xeyli hissəsi həll olub, indi prezident kürsüsünün elə keçirilməsi mərhələsinə keçilib. Prezident kürsüsünün tam nəzarətə alınması həm də geri qalan mühüm postların ələ keçirilməsi baxımından önəmlidir. Görünür Paşinyan və komandası bu məsələni çox mühüm hesab edib.

Digər tərəfdən Paşinyanın bu prosesdə yaratdığı siyasi, inzibatı və ictimai şərtlərlə Sarkisyanı istefaya məcbur qoyduğunu demek olar. Ermenistan siyasətinin köhnə və güclü fiqurları Sarkisyan, Koçaryan, Sarukyan və ordunun rəhbərliyini məğlub edən Paşinyanın qarşısında Sarkisyanın çox davam gətirməsi məntiqli görünmürdü. Qeyd edilənlər fiqurlarla birləşib Paşinyana qarşı çıxmaq və uğur qazanmaq isə Sarkisyan üçün həm də strateji, ideoloji və taktiki mənada mümkün deyildi.

Sarkisyanı kişilik və xarakter olaraq Paşinyana həm müqavimət göstərməsi, ya da alacağı qərarlara ortaq olmaq istəməməsi də bir digər kritik səbəb ola bilər.

Diğər tərəfdən Sarkisyanın bu qərari İngiltərədən xəbərsiz alması da məncə mümkün görünmür. Ola bilər ki, İngiltərə Paşinyanla doğrudan razılaşıb. Bunda İngiltərə-Turkiyə və İngiltərə-Azərbaycan münasibətlərini rolü da ola bilər. Bir ehtimal da Sarkisyanın istefası İngiltərənin son proseslərdən narahatlığının təzahürü kimi də görünə bilər. Hadisə çox istidir, daha geniş mənzərəni zaman içində daha aydın görmək olar.
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir