KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazim Cafersoy: Dəyişən Dünya və Dəyişən Tarazlıqlar

Nazim Cafersoy: Dəyişən Dünya və Dəyişən Tarazlıqlar

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
27 0

Mövcud hakim dünya mədəniyyəti mədəni, iqtisadi, siyasi, təhlükəsizlik,texnolojik və elmi baxımından Qərbin qaydalarını 16-ci əsrdən etibarən qoyduğu bir sistemdir. Artıq bu sistem başda Çin olmaqla müxtəlif mədəniyyətlərin meydana oxuma və bəzən də üsyanı ilə qarşılaşır.

Mövcud beynəlxalq münasibətlər sistemi isə qaydaları, təşkilatları və ölkələrin sərhədləri ilə 20-ci əsrin strateji tarazlıqların nəticəsidir. Həm Avropadakı sərhədlər, həm Asiyadakı sərhədlər, həm Orta Şərq, həm də Qafqazdakı sərhədlər də əsasən 20-ci əsrin geosiyasətinin nəticəsidir. Ancaq bu stratejik tarazlıqlar ciddi bir dəyişiklik prosesi yaşayır.

Artıq yeni bir dünyaya çox tərəfli gedişat var!

Mövcud hegemon mədəniyyətin və beynəlxalq sistemin lider/hegemon ölkəsi ABŞ -ın yeni prezidenti Tramp və administrasiyasının addımlarını da bu stratejik çərçivədə düşünmək və anlamaq lazımdır. ABŞ bu meydan oxuma və dəyişikliklərə hazırlaşır.

Mövcud hâkim dünya mədəniyyətində və mövcud beynəlxalq münasibətlərdəki stratejik dəyişikliklər həm ABŞ -Avropa, həm ABŞ -Rusiya, ABŞ -Çin və bənzər qlobal, regional və ikitərəfli münasibətlərə öz köklü təsirlərini göstərir.

Üstəlik bu proseslər həm Avropada, həm Amerikada, həm Orta Şərqdə, həm də digər bölgələrdə sərhəd dəyişikliklərini bərabərində gətirir. Hegemon mədəniyyət və mövcud beynəlxalq münasibətlər sistemi ciddi dəyişikliklər prosesində olduğu üçün artıq sistemdə mövcud olan ənənəvi qayda və qanunlar getdikcə daha az işləyir. Qaydalar olmayanda isə güclü olanın qaydaları işləyir. Olanları buna görə anlamaq lazımdır.

Bu prosesdə Qafqaz da dəyişikliyin eşiğindədir, İran da!

Qafqazda bu dəyişiklik bir neçə ildir başlayıb, ancaq bu daha başlangıçdır. Önümüzdəki 10 il ərzində Qafqazın hərbi, siyasi, iqtisadi və mədəni xəritəsində yeni dəyişikliklər olacaq. Bu dəyişikliyə Zəngəzur coğrafiyası da daxildir.

Əgər İran da 1000 illik keçmişi olan və sadəcə 100 il öncəki tarixi Türk mirasına ədalətli bir şəkildə sahib çıxmasa, onun da xəritəsində dəyişikliklər görəcəyik. Pezeşkiyanın seçilməsi İranın bu istiqamətdə bir cəhdi olaraq görülə bilər.Amma nəticəsini görmək üçün əməl və zamana ehtiyac var.
Nazim Cafersoy

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir