KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Baş verənlər mənim üçün qətiyyən sürpriz deyil

Nazim Cafersoy: Baş verənlər mənim üçün qətiyyən sürpriz deyil

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
326 0

İran və Rusiyaya Laçın və sülhməramlılar mövzulu nota və narazıqların ifadəsi, Azərbaycan tərəfinin təxminən 3 həftə öncə Gorus-Qafan yolunu bağlaması və sonra da açması prosesinin təsadüfi addımlar olmadığı bir stratejinin parçaları olduğu hər keçən gün daha aydın görünür.
Baş verənlər mənim üçün qətiyyən sürpriz deyil.
Yolu post quraraq istifadə etmələrinə icazə veririk. Yoldan istifadə üçün gömrük vergisi alırıq, həm də lazım olan formada. Çox xırda kimi görünən bu addımın isə oz növbəsində müxtəlif hədəfləri var.
Hər şeydən öncə, İran+Ermenistan ikilisinin Laçın koridoru üzərindən Qarabağda müəyyən ekonomik balans yaradaraq bizə qarşı manevra imkanlarına mane oluruq. Qarabağda iqtisadi vəziyyət getdikcə pisləşir, qarşıdan da qış gəlir, su, işıq, qaz problemi daha da ağırlasacaq. Üstelik ev problemi də var. Bu proses bir az daha davam etsə Xankəndində “Azərbaycan vətəndaşı olmaq istəyirik” mitinqləri olacaq. Azərbaycanın bu prosesə bölgədəki terör qruplarını da tərksilah edərək dəstək verməsini və Qarabağki mülki ermənilər.üçün bu kontekstdə yumuşaq məsaj səsləndirməsini də gözləyirəm.
İkincisi, Azərbaycanın gömrük vergiləri Ermənistanın özündə qiymətlərin artmasına xidmət edəcək. Üstelik qış da yaxınlaşır, Gürcüstan yolunun bağlanması ehtimalı artır. Bu da hökumətdən xalqın qiymətlər səbəbiylə artan narazılığını azaltmaq üçün çarə fikirləşməyə məcbur edəcək. Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması daha da aktuallaşacaq. Azərbaycan üçün isə mərhələdə Qazağın kəndlərinin qaytarılması və Kərkinin qaytarılması öncəlik olacaq.(Daha əvvəl də çox dəfə yazdığım kimi Zəngəzur yolunun açılmasında strateji qərar çoxdan verilib və bu yolun praktiki işə düşməsi üçün xeyli işə və zamana ehtiyac var.) Ermenistan da demarkasiya və delimitasiya prosesi ilə bu ərazilərimizi azad etməyə başlayacaq. Artan qiymətlər səbəbiylə dolanışıq dərdinə düşən Ermenistan ictimaiyyəti muxalifetin səs küyunə fikir verməyib bunu daha rahat qəbulanacaq.Beləcə Paşinyan hökuməti daxildə siyasi maliyyətsiz Azərbaycanın növbəti haklı tələbini yerinə yetirəcək.
Üçüncü, Rusiya beləcə Ermenistana Azərbaycan üzərindən kommunikasiya açılmasının önündəki növbəti maneni aşmış olacaq. Həm də bunu İranın Qafqazda daha fəal rol oynamasını və Ermənistan+İran ortaqlığın qurulmasına Azərbaycan əli ilə maneə olaraq etmiş olacaq. Bundan başqa Rusiya İran maşınlarına mane olaraq Azərbaycanla münasibətlərində dozası artan neqativliyi də bir mənada azaltmaq imkanı qazanacaq. Bundan əlavə önümüzdəki dövrdə Rusiya Gəncə yerinə Füzuli aeroportunu fəal istifadə etmək arzusunu dilə gətirə bilər. Azərbaycan tərəfi də müəyyən şərtlərlə buna razılıq verə bilər fikrimcə.
Dördüncü, bu cür addımlar İrana da Qafqazda yerini göstərmək baxımından manevra imkanları yaradır. İranın iqtisadi vəziyyətindəki böhranı nəzərə alsaq, gömrük vergilərinin yaratdığı maliyyətlər o ölkədə Ermənistanla ticarətdən faydalanan təbəqənin İranın Azərbaycan siyasətindən narazılığını artırmağa xidmət edəcək.
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir