KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Azərbaycanın 3 mövzuda ciddi strateji kommunikasiya yanlışlığı

Nazim Cafersoy: Azərbaycanın 3 mövzuda ciddi strateji kommunikasiya yanlışlığı

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
309 0

Hazırda Azərbaycanın 3 mövzuda ciddi strateji kommunikasiya yanlışlığı (hər 3 mövzunun başqa problemli tərəfləri var, ancaq o başqa yazıların mövzusudur.) olduğunu düşünürəm:

1. Qarabağ müharibəsi sonrasında qələbəmizin xüsusilə daxildə və xaricdəki milli marağımiza uyğun strateji mənzərəsinin formalaşdırılmasında çox passiv davranırıq. Bütün iş sadəcə prezidentin üstünə qalıb. Prezident isə təbii ki, davamlı bu istiqamətə köklənə bilməz. Halbuki strateji kommunikasiya müxtəlif qurumların apardığı davamlı və detalli bir proses olmalıdır. Hikmət bəy də yuxarıda qeyd etdiyim mənzərənin formalaşması prosesindən uzaqlaşmış kimi görünür. Digər qurumlar da ənənəvi passiv və yetərsiz mövqelərini davam etdirirlər. Unutulmamalıdır ki, Qarabağ müharibəsi sonrası daxildə və xaricdə doğru strateji kommunikasiya prosesə xalq dəstəyinin davamı və diplomatik müzakirələrin uğurlu inkişafı baxımından çox mühüm önəmə malikdir. Bəzən Azərbaycanın bu yanaşmasının şüurlu seçilmiş strateji olduğu tezisi də səslənir, amma əgər belə isə bu orta və uzunmüddətli perspektivdə doğru bir strateji deyil.

2. Qarabağ Dirçəliş Planı ilə bağlı da daxildə ciddi eksik və yanlışları olan strateji kommunikasiya və davranış tərzləri tətbiq edilir. Məsələn, əsas etibarilə Ağdam baş planı müsbət ştrixlər və hədəflər daşısa da planın təqdimatdan oncə ictimai müzakirəyə verilməməsi doğru olmamışdır. Üstəlik, plan rəsmi şəkildə təqdim edildikdən sonra plana dair ictimaiyyətin ümumi və spesifik təbəqələr konteksində rəsmilər tərəfindən bilgilendirilməsi, yaranan sual və narahatçılıqların aradan qaldırılması istiqamətində bir fəaliyyət görünmür. Prosesdə iştirak etmək üçün ictimaiyyəti təmsilən rəsmi seçilən heyətin və planı tətbiq edəcək kadrların müəyyənləşdirilməsində də ciddi yanlışlar var. Bu mənada xüsusilə prezidentin Ağdam üzrə xüsusi nümayəndəliyinin vaxt itirmədən xüsusi fəaliyyət planı və doğru strateji kommunikasiya ilə fəaliyyətə başlaması zəruridir.
Ağdam Baş Planında əvvəlcə ictimai müzakirə olmadı, heç olmasa digər baş planların öncədən ictimai müzakirəyə verilməsi çox faydalı və gərəklidir. Qarabağ Dirçəliş Planı xalqın dəstəyinin, narahatçılıqlarının nəzərə alındığı və ictimaiyyətin yetərincə bilgilendirildiği bir proses olmalıdır. Üstelik bu prosesdə Azərbaycan dövləti mütərəqqi idarə etmənin ən yaxşı modellərini istifadə edən bir yanaşma ortaya qoymalıdır. Dünyaya ən modern müharibə nümunəsi göstərən Azərbaycan dövlətinin Qarabağın dirçəlişində də hər mənada mütərəqqi metodları ortaya qoyması həm praktiki zərurət, həm siyasi ehtiyac, həm də şəhidlərimiz üçün mənəvi borcdur. Bu prosesin həyata keçməməsi xalqımızda ruh düşkünlüyü yarada və dövlətimizə olan inamsızlığı ənənəvi şəkildə qabarda bilər. Qarabağ Dirçəliş Planının hazırlanması və tətbiqində mütərəqqi idarə etmə metodlarını ortaya qoyulmaması eyni zamanda prezident İlham Əliyevin müharibədə qazandığı haklı siyasi nüfuzun əriməsinə xidmət edəcəkdir.

3. MHP lideri Dövlət Bahçeli bəylə yaşanan məktəb məsələsi də hər şeydən əvvəl strateji kommunikasiya problemidir. Səbəbi və konteksi nə olursa olsun beynəlxalq sistemdəki ən mühüm strateji müttəfiqimiz olan, bir millət iki dövlət Türkiyənin Azərbaycana hər daim çox müsbət yanaşan partiyası MHP-nin lideri Dövlət Bahçeli bəylə ictimaiyyətə də əks olunan bir problem yaşamaq çox yanlış olmuşdur. Azərbaycan tərəfi bu prosesin bu şəkildə olmaması üçün daha peşəkar formada və daha həssas davranmalı idi. Şübhəsiz bu işin Türkiyə ayağının da eyni həsasiyyati göstərməsi daha arzu olunan idi. Digər tərəfdən, Azərbaycan tərəfinin həm MHP-nin Türkiyədə mövcud siyasi balansdaki yerini də unutmadan hərəkət etməsi Azərbaycan üçün daha faydalıdır. Daha da önemlisi Ülkücüler Türkiyədə Azərbaycana tarixin hər dövründə ən çox sahib çıxan ve xüsusilə də Qarabağ barədə hər cür dəstəyi də davamlı vermiş təbəqədirlər. Bu məqamı hər zaman diqqətdə saxlanmaq və həssas davranmaq həm vəfa borcudur, həm də bir reallıq adına Azərbaycan dövləti üçün ən doğru davranışdır. Əks halda ümumi mənada Azərbaycanın, spesifik mənada isə Azərbaycan- Türkiyə strateji əməkdaşlığının düşmənlərinin əlinə kozır vermiş olarıq. (Bu məktəb problemi niyə çıxdı? sualına mənim öz şərhim var, yazı çox uzun olduğu üçün onu başqa zaman yazaram)
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir