KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Azərbaycan Ukrayna gərginliyində Moskva ilə Kiyiv arasında vasitəçilik edir?

Nazim Cafersoy: Azərbaycan Ukrayna gərginliyində Moskva ilə Kiyiv arasında vasitəçilik edir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
304 0

prezident İlham Əliyevin Ukrayna səfəri müəyyən suallar doğurur:

1. Axi niyə Rusiya ilə Qərbin Ukrayna üzərində bir-birinə sərt girişdiyi bir vaxtda? Mənim bildiyim Azərbaycan diplomatiyası normalda bu vurhavavurda o səfəri etməzdi, çünki bunun birmənalı qarşılanmayacağı və Ukraynaya (və Qərbə) dəstək mahiyyəti daşıyacağı açıqdır. Deməli normal bir durum deyil.

2. Üstəlik cəmi 15 gun (6 fevral) sonra münasibətlərin 30 illik ildönümü varkən niyə indi? Gözləyib o vaxt getmək daha ağıllıca olmazdı? Demeli təcili nəsə var….

3. Niyə Azərbaycan prezidenti görüşdən sonra Putinə zəng edib? Niyə Azərbaycan və Rusiya prezidentləri rəsmi səhifələrindən Ukrayna mövzusunun müzakirə edildiyi məsələsini qabardıblar?

4. Niyə hər fürsətdə Azərbaycana döşəyən erməni güdümlü Rusya mətbuatı və daha da mühümü Kremlinin tam nəzarətində olan rəsmi Rus mətbuatı Azərbaycan prezidentinin Ukrayna səfərini soyuqqanlı qarşılayıb. Mənim bildiyim bu Rus mətbuatı indi Azərbaycana nəyi var döşəyərdi: “bizi satıb Qərbə getdilər, əvəzini Qarabağda verək filan”.

5. Səfərin olacağı haqqında çox öncədən mətbuata açıqlama getməyib gördüyüm qədərilə. Üstəlik səfər Rusiya-Qərb arasında uğursuz müzakirələrdən həmən sonra baş verib, bu mənada da zamanlaması maraqlıdır.

Bir də ağlıma bu gəlir ki, böyük beynəlxalq gərginliklərdə mütləq kritik anda tərəflərin nisbətən güvənəcəyi bir vasitəçi dövrəyə girər. Ukrayna konteksli Rusiya- Ukrayna (Qərb/NATO) gərginliyində bu ölkə kim ola bilər? Türkiyə olmaz, çünki rəsmi olaraq NATO barikadinda. Almaniya və Fransa da eyni şəkildə. Belorusiya olmaz o da Rusiya barikadindadır. Normalda post sovet məkanından Qazaxıstan ola bilərdi, onun da vəziyyəti hamıya məlumdur. Bu şərtlərdə ən uyğun ölkələrdə biri kimi Amerikan və Rus ali qərargah rəislərinin iki dəfə tərəfsiz yer kimi görüşdüyü, Ukrayna nəzdində hörməti olan və Türkiyənin də dəstəyinə malik Azərbaycan ağlıma gəlir. Son illər Putin-İlham Əliyev münasibətlərindəki müsbət mənzərəni də unutmayaq.

Maraqlıdır ki, Rus mətbuatı Zelenskinin 15 dekabrda Brüsseldə İlham Əliyevə Rusiya ilə böhranda vasitəçilik etməsini istədiyini iddia edib.Ancaq Lazım Dədə proseslərə baxıb deyir ki, bu vasitəçilik məsələsindən Putin və Ərdoğanın da əvvəlcədən xəbəri var. Dədə Putinin bu məsələdə xüsusilə maraqlı olduğunu da düşünür! Azərbaycan tərəfi tərəflərdən öncədən müsbət mesaj almasaydı bu işə qol qoymaz. O nəbz yoxlamasının və müsbət mesajın dekabr sonu MDB zirvəsində gündəmə gəldiyini və uğursuz Rusiya-Qərb müzakirələri sonrası aktuallaşdığını istisna etmirəm. Bu arada 2 yanvar Putin və Ərdoğanın telefonla müxtəlif beynəlxalq məsələləri müzakirə etdiyini də xatırlayaq.

Doğrusu bu Ukrayna gərginliyi Azərbaycanı da doğrudan maraqlandıran bir məsələdir. Bu prosesdə rol almaq və hətta Bakıda Putin-Zelenski görüşü təşkil etmək pis olmazdı!) Görüş Ankara ya da İstanbulda olsa da pis olmaz!

Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir