KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Azərbaycan Krım platformasında niyə iştirak etmədi?

Nazim Cafersoy: Azərbaycan Krım platformasında niyə iştirak etmədi?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
293 0

Azərbaycanın Krım platformuna nümayəndə göndərməməsini “Rusiyanın sözündə çıxmamaq” kimi izah etsək o zaman Azərbaycan prezidentinin ən az 1 ildir Qarabağ və Ermənistan mövzusunda Rusiyaya qarşı dəfələrlə səsləndirdiyi sərt açıqlamaları başa düşmək mümkün olmaz.

Ancaq Azərbaycanın bu yanaşması milli maraq iyerarxiyası konteksində çox rahat izah edilə bilər.
Qarabağ Azərbaycan üçün həyati (birincil) milli maraqdır.(the vital national interest) Bu həyati maraq üçün Azərbaycan uyğun şəraiti hazırlayıb Rusiyanın tarixi müttəfiqi Ermenistanla müharibə edir, Rusiyaya və İrana narazılığını ən yüksək səviyyələrdə və notalarla ifadə edir, Fransaya rest çəkir və s. Azərbaycanın oz həyati maraqları üçün bu mövqeyini qoruması və Qarabağdakı yeni duruma uygun yeniləmələr etməsi zəruridir.

Krım da Rusiya üçün həyati milli maraqdır. Kremlin bunu dəfələrlə ifadə edib və xarici siyasət fəaliyyətlərində də bunu göstərir. Krım platformasına və orda istirak edənlərə baxışında da bu yanaşma özünü göstərir. Prosesdə Qərbin rolu da Rusiyanın bu həssasiyyatini daha da yüksəldir.

Krım Ukrayna üçün də həyati milli maraqdır. Ukraynanın Krımı geri almaq üçün başda Krım platforması olmaq üzrə etdiyi hər cür diplomatik, siyasi və hərbi fəaliyyət anlaşılandır və oz milli maraqları üçün də doğrudur.

Ancaq beynəlxalq münasibətlərdə ölkələrin həyati milli maraqları qarşı qarşıya gələndə real güc balansı müəyyənləşdirici olur. Məsələn, bizim Krım platformasında iştirakımızın nə Azərbaycana, nə də Ukraynanın özünə praktiki bir faydası yoxdur, siyasi mövqe göstərmə məsələsi isə real politikada işləmir, çünki biz kiçik dövlətik.Digər tərəfdən Ukrayna Azərbaycan milli maraqlar iyerarxiyasında ən yaxşı halda 4-cü dairədə yer almaqdadır. 4-cu səviyyədə milli marağımız içində yer alan bir mövzu üçün praktik faydası olmayan, ancaq həyati milli marağımıza ciddi risq yaradan bir addımı atmaq agıllica deyildir. Çünki bizim Krım platformasında iştirakımız Rusiyanın bizim həyati milli marağımız olan Qarabağdaki neqativ fəaliyyətləri üçün növbəti praktiki səbəb/ bəhanə yaradır. Rusiya Krıma çox həssas yanaşır. Unutmayaq ki, Azərbaycan BMT-də bir dəfə Ukraynaya Krım səbəbiylə dəstək verdiyi üçün elə böyük təzyiqlə qarşılaşdı ki, səfirimiz istefa etmək məcburiyyətində qaldı. Ondan sonra diqqət edin Azərbaycan Krımın Rusiya üçün həssaslığını yetərincə ciddiyə alır, bənzər səsvermə proseslərində mümkün mərtəbə iştirak etməməyə çalışır. Ancaq müxalifətin həm siyasi mövqeyi, həm də ölkə maraqları çərçivəsində Krım platformunda iştirakımızı istəməsi normaldır, çünki Azərbaycana manevra imkanları yaradır.

Qarabağ üçün Rusiya ilə balanslı bir tərsləşmə doğru və anlaşılandır, ancaq Rusiyanın həyati maraq dairəsi saydığı Krım üzərindən tərsləşsək və bunu da anti Rusiya cəbhəsi üzərindən etsək bu bizə sərf etməz. Çünki Rusiyanın həm ölkə daxilində 200 illik tarix içində inşa etdiyi təsir imkanları var, həm də Qarabağ üzərindən imkanları davam edir. Bir yandan “Rusiya Qarabağı Abxaziyaya çevirəcək” deyib, digər tərəfdən Moskvada bunu etmək üçün bəhanə axtaran Avrusyaçı dairələrə fürsət vermək ağıllı bir davranış deyil.
Digər bir məqam, Azərbaycanın balanslı xarici siyasətini Ukrayna nümunəsində son hadisələrdə də görmək olar. Azərbaycan Krım platformasında iştirak etməsə də Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Krım platformasına nümayəndə göndərməyən Azərbaycan ertəsi gün Ukraynanın dövlət müstəqilliyi bayramına hem də prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisinin qardaşı olan Milii Məclisin sədr müavini Adil Əliyevi göndərir. Yəni balansı qoruyuruq. Hələ siz diqqət edin Azərbaycan-Ukrayna ikili münasibətləri gələcəkdə daha da, inkişaf edəcək, Azərbaycan-Türkiyə-Ukrayna üçlü mexanizması da qurulacaq! Bir gün Azərbaycan və Türkiyə Putinin arada vurğuladığı Qaradəniz əməkdaşlığı formatında Rusiya və Ukrayna arasında bir vasitəçilik misyasi üçün təşəbbüs göstərsə bu sürpriz olmaz.

Beynəlxalq münasibətlər xüsusilə də kiçik dövlətlər üçün şahmat oyunudur, doğru zamanda doğru həmlələrlə hədəfə getmək lazımdır. Yoxsa “detski mat” ola bilərsiniz! Əgər hər oyunda eyni səhvləri edib eyni formada “detski mat” olursanız şahmat oynamayın!!!

P.S. Türkiyə bizimlə müqayisədə daha böyük oyunçudur, Rusiya ilə fərqli kontekslərdə balans qurma imkanları var. Bizimlə yaxınlıgını da nəzərə alsaq, Türkiyənin orda olması həm də Azərbaycanın orda olması deməkdir!)
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir