KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Ağdam -Xankəndi yolu

Nazim Cafersoy: Ağdam -Xankəndi yolu

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
155 0

Ağdam -Xankəndi yolu ilə Rusiya maşınının keçməsi ermənilərin humanitar şou üzərindən Azərbaycana təzyiq yaratma cəhdlərini zəiflətmək baxımından faydalıdır. Ancaq burada bizim üçün iki mühüm məqam var:

1. Erməni tərəfi hər vəclə Qarabağ mövzusunu beynəlmiləlləşdirmək istəyir. Ağdam yolunun, eləcə də Laçın yolunun bu səbəblə davamlı beynəlxalq yardım yollarına çevrilməsi təhlükəli və yolverilməzdir!

2. Azərbaycanın məqsədi Xankəndində suverenliyimizin təmin edilməsidir. Ağdam yolundan bir Rusiya tırının keçməsi bunu təmin etmir. Xatırladaq ki, daha əvvəl də Ağdam yolu Ruslar tərəfindən ərzaq və inşaat materialları üçün istifadə edilmiş, sonra isə dayanmışdı.

Unutmayaq ki, Xankəndində Azərbaycanın suverenliyinin təmin edilməsi ordakı qanunsuz silahlı qüvvələrin tərki-silah edilməsi və separatçı rejiminin cinayətkar üzvlərinin təsirsiz hala gətirilməsiylə mümkündür. Bunu isə Azərbaycan dövlətindən başqa heç kim etməyəcək!!!

Bu arada Ermənistan xarici işlər nazirinin müavini Vage Gevorkyan sanki qalib tərəf kimi Vyanadakı ATƏT toplantısında Azərbaycanın əməl etməsi gərəkən uzun şərtləri sıralayıb.

Paşinyana yaxın teleqraf kanalları isə Naxçıvan mövzusunu Azərbaycanla müzakirələrdə masaya gətirmə çağrışı edirlər!

Təkidlə bir daha yazıram ki, nə qədər geosiyasi şərtlər uyğundur Qarabağda qanunsuz hərbi birləşmələrə qarşı anti-terror əməliyyatları keçirilməli və separatçi dəstənin cinəyatkar üzvlərinə qarşı isə xüsusi həbs əməliyyatları təşkil edilməlidir!!! Əlavə olaraq Azərbaycan sərhəd dəqiqləşdirməsi və nişanlaması prosesi çərçivəsində Naxçıvan və Qazaxdakı Ermənistan işğalı altındakı kəndlərimizi azad etməlidir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir