KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: 9 May və Azərbaycan

Nazim Cafersoy: 9 May və Azərbaycan

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
311 0

9 mayı “qələbə günü” olaraq qəbul edib etməmək həm tarixi, həm də siyasi, həm də geosiyasi motivləri olan bir davranışdır.

✓Tarixi perspektivdən bu Azərbaycanın ümumi mənada 200 illik tarixinə, spesifik mənada isə sovet dövrünə necə baxdığınızı göstərir. Bu tarixi mirası tamamilə neqativ görən bir yanaşma olduğu kimi, bunu müəyyən mənada pozitiv olaraq oxuyan sayca az, amma sistemdə çox təsirli bir təbəqə (sistemdə nomeklatura, cəmiyyətdə yaşlı nəslin mühüm bir hissəsi) də mövcuddur. Ancaq gedişat bu tarixi mirasa neqativ yanaşma göstərənlərin getdikcə çox tərəfli gücləndiyini və daha da güclənəcəyini göstərir.

✓Siyasi baxımdan “9 maya” baxış siyasi elitalarının daxili siyasətə baxışı ilə birbaşa əlaqədardır. Iqtidar daxilində sovet mirası ile doğrudan fiziki, ideoloji ve bürokratik əlaqəsi olan güçlü bir xətt var. Bu xətt son illər zəifləsə də, iqtidar sovet mirasından kəskin qopuşa hazır deyil. Bunun səbəbi həm də iqtidar daxilində sovet siyasi mədəniyyətinin xüsusilə metodlar baxımından istifadəsinin hələ də çox güclü olmasıdır. Digər tərəfdən Azərbaycan cəmiyyətinin təxminən yarısının şüurunun zamanında sovet mirasının şərtlərinin formalaşdığı bir mühitdə iqtidarın bu mirasdan sürətlə qopmaq istəməsi siyasi strateji baxımından öz mənafeyinə uyğun deyil. İqtidar bu durumu bir yandan sistemi idarə etmək üçün fəal istifadə edir. Ancaq digər tərəfdən iqtidar elitası içində sovet mirasına zehinsel mənadan keskin neqativ yanaşma göstərən yəni bir nəsil də formalaşmaqdadır. Bu təbəqə hələlik səsini yüksəldəcək və tarix oxumasını siyasi kursu keskin dəyişdirəcək qədər güclü, birikimli və cəsur deyil, ancaq prezident İlham Əliyevin müstəqil milli dövlət vurğusu ilə son dövrlər ciddi güc qazanmış durumdadır. Azərbaycan təhsilində tarix dərslərində də bu yanaşmanın izləri getdikce güclənməkdədir.

✓9 maya baxış həm də geosiyasi motivi olan bir məsələdir. Topdan neqativ baxarsanız Qərbi, topdan pozitiv baxarsanız Rusiya xəttini seçdiyiniz ortaya çıxır. Azərbaycan xarici siyasəti balansı seçdiyi üçün “9 may” məsələsində də bu özünü göstərir. Beləki rəsmi düzeyde 9 may “Qələbə günü” kimi qeyd edilir. Ancaq bu qələbə gününün Rusiyanın imperial iddiasının Azərbaycandakı yumuşak gücünə çevrilməsinə imkan verilmir. Azərbaycan prezidentinin və rəsmi təbiliğatınn zaman-zaman “neftimiz olmasa SSRİ faşizm üzərində qələbə çala bilməzdi.” mesajı bu səbəblədir. Beləcə Moskvaya “Qələbə üçün bizə minnət vurmayın, biz olmasaq uduzmuşdunuz” mesajı verilir. Konyektura görə bəzən sərt, bəzən də yumuşak tonda verilən bu məsaj həm də de Azərbaycan hakimiyyətinin Rusiya dairələrində tarix üzərindən yumuşak güç efekti yaratma cəhdlərindən biri kimi oxuna bilər. Digər tərəfdən, Rusiyanın “9 may” üzərindən özü ilə araya məsafə qoyan Gürcüstan vəya Ukrayna kimi ölkələrə dair aqresiv mövqeyi də Azərbaycan iqtidarını “9 may”ın geosiyasi motivini daha çox diqqətə almaya sövq edir.
İqtidarin bu balanslı tutumu ilə müqayisədə Azərbaycan müxalifətinin 9 maya dair mövqeyi isə çox açıq və neqativdir. Bu müxalif siyasi elitanın həm Azərbaycan tarixinə, həm daxili, həm də xarici siyasətinə baxışı ilə üst-üstə düşür.
Xüsusilə Qarabağdakı Qələbə sonrasında Azərbaycanda 9 mayın ictimai, siyasi və geosiyasi motivləri daha da və ciddi biçimdə zəifləyib!!!
Nəticədə “9 may” getdikcə Azərbaycan üçün öz önemini itirir, zamanla siyasi və geosiyasi mənası da azalacaq, sadəcə tarixçilərin mövzusuna çevriləcək.

Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir