KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazarbayevin müəmmalı xəstəliyi – Özbəkistanda uduzan ABŞ qazax taxtına göz dikib

Nazarbayevin müəmmalı xəstəliyi – Özbəkistanda uduzan ABŞ qazax taxtına göz dikib

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
417 0

Nazarbayevin müəmmalı xəstəliyi – Özbəkistanda uduzan ABŞ qazax taxtına göz dikib
Nida.az 13 Oktyabr 2016 16:57 565 Baxış
Nazarbayevin müəmmalı xəstəliyi – Özbəkistanda uduzan ABŞ qazax taxtına göz dikib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev “xəstə yatağı”na düşdü. Rəsmi açıqlamada qazax liderin soyuq dəyməsinin olduğu deyilir. 76 yaşlı prezidentin gərgin iş rejimini və hazırda payız fəslinin olduğunu nəzərə alsaq, bunu təbii qarşılamaq olar.
Lakin “Röyters” agentliyinin “Nazarbayevin soyuqdəyməsi “diplomatik xəstəlikdir” xəbəri məsələyə fərqli rakursdan baxmağı vadar etdi. Hesab olunur ki, Nazarbayev KTMT-nin İrəvanda keçirilən toplantısına qatılmamaq üçün özünü xəstəliyə vurub. Məsələ KTMT-nin iclası yox, bu iclasın İrəvanda keçirilməsidir. Belə fikrin yaranmasına səbəb isə Qazaxıstan qanunvericiliyinə görə, dövlət başıçısının xəstəliyinin dövlət sirri olmasıdır. Yəni qazax rəsmilərinin dövlət sirrini açması ortaya suallar çıxarır.

Nazarbayevin Azərbaycana sevgisi, prezidenti İlham Əliyevlə şəxsi dostluğu və bunun fonunda işğalçı Ermənistana münasibəti onun İrəvana getmək istəməməsinin səbəblərini aydınlaşdırır. Lakin bu, özlüyündə ayrı mövzudur.

Burada ilk diqqət çəkən məqam Mərkəzi Asiya ölkələrində Kərimovun ölümündən sonra liderlərin bir-bir xəstə yatağına düşməsidir.

Özbəkistanın mərhum prezidenti İslam Kərimov avqust ayının sonlarında iflic keçirərək, xəstəxanaya yerləşdirildi. Oktyabrın 2-də onun ölümü rəsmi şəkildə təsdiqləndi.

Kərimovun ölümündən sonra Nazarbayevin sağlamlığı məsələsi gündəmə gəldi. Burada iki məqam diqqət çəkirdi.

1. Kərimovun ölümündən təxminən bir il öncə Qərb texnoloqlarının Mərkəzi Asiya ilə bağlı ssenarisi ortaya çıxdı. Almaniyanın Elm və Siyasət Fondunun (SWP) analitiklərnin qələmindən çıxan ssenariyə görə, Nazarbayev 81 yaşında (2021-ci ildə) qəfil vəfat edir, qazax elitası parçalanır, müxalifət güclü namizəd çıxarır və seçkidə qalib gəlir, seçkidən bir gün sonra Şimali Qazaxıstanda (rusdilli əhalinin yaşadığı bölgə) etiraz aksiyaları başlayır, Rusiya ölkəyə hərbi müdaxilə edir, Amerika işə qarışır və Mərkəzi Asiya qarışır. Bununla da, Mərkəzi Asiya üçün zaman-zaman gündəmə gələn “türk baharı” ssenarisi gerçəkləşir.

Beş il sonra Nazarbayev ölür, Rusiya Qazaxıstanı işğal edir

Bu, ssenari yayıldıqda olduqca absurd və xülya hesab olundu. Hətta ssenaridə Mərkəzi Asiya bölgəsinin ələ keçirilməsinin liderlərin ölümündən sonra mümkün olacağına dair inandırıcı fikirlər belə onun legitimliyini təmin etmədi. Kərimovun xəstə yatağına düşməsinə qədər hər şey belə davam etdi.

Avqustun 27-də Kərimovun iflic keçirdiyi xəbəri yayıldı. Hətta həmin vaxt öldüyü də deyilirdi. Lakin rəsmilər ölüm xəbərini açıqlamaq üçün ölkənin sabitliyini, dolayısı ilə hakimiyyətin bölüşdürülməsini gözlədilər və 6 gün sonra ölümü təsdiqlədilər. Lakin o da diqqətdən yayınmadı ki, Kərimovun xəstə yatağına düşməsindən dərhal sonra Nazarbayev səhhətini yoxlatdırdı. Bununla bağlı rəsmi məlumatda qazax liderinin özünü gümrah hiss etdiyi deyilirdi. Nazarbayevi səhhətini müayinə etdirməyə nə vadar etmişdi? Sakit səhra həyatını yaşayan Mərkəzi Asiyada nə baş verirdi? Bu sualların cavabını axtararkən bölgədəki maraqlar, xüsusilə ABŞ-Rusiya qarşıdurmasının detalları ortaya çıxır.

2. “Mərkəzi Asiya bölgəsinin ələ keçirilməsinin liderlərin ölümündən sonra mümkün olacağı…” fikri təsadüfi deyil. İndi qədər bu bölgədə böyük güclərin heç biri qalib çıxmayıb. Bununla yanaşı, kənardan gətirilən xaos ssenariləri də uğursuzluğa düçar olub. Burada əsas amil məhz bölgə ölkələrinin liderlərinin şəxsiyyətidir. Onların içində – Kərimov, Nazarbayev, Berdimuhəmmədov, Atambayev və İmomali Rəhmon – qazax və özbək lideri daha ön planda idi. Bu iki lider – Kərimov və Nazarbayev öz ölkələri ilə yanaşı, həm də bütün bölgədəki sabitliyin qorunmasında mühüm rol oynayırdılar. Bu bölgədə maraqları olanlar yalnız bu iki liderin ölümündən sonra əl-qol aça bilərlər. Və Kərimov öldü. Növbə Nazarbayevindirmi?

Mərkəzi Asiyada ABŞ, Çin, Rusiya savaşı başlayır – TƏHLİL

Hələ Kərimov ölərkən bu suallar aktuallaşdı və indi Nazarbayevin xəstələnməsi ilə yenidən gündəmə gəlir.

***

Kərimovun ölümü, Amerikanın Mərkəzi Asiyadakı maraqları və amerikalıların Latın Amerikası liderlərinin üzərində sınaqdan keçirdikləri “xəstəlik” təcrübələri fonunda türkmənbaşının Almaniya səfəri də diqqət çəkdi. Sentyabrın 10-də (Kərimovun dəfnindən bir həftə sonra) Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov Berlinə səfər etdi. Kansler Angele Merkellə mətbuat konfransında onun mühafizəçilərinin masa üzərindəki suyu dəyişdirməsi türkmənbaşının “zəhərlənmək” təhlükəsinə qarşı tədbir gördüyünə dair informasiyaların yayılmasına səbəb oldu. Bu, nə dərəcədə təsadüf ola bilərdi?

Nazarbayevin xəstələnməsi ilə gündəmə gələn məqamlar fonunda diqqət çəkən əlavə amillər də var.

a) “Bir hadisə üçüncü dəfə baş verirsə, bunun təsadüf olmadığı fikri önə çıxır”. Mərkəzi Asiyaya doğru bu prinsipdən boylansaq, baş verənlərin təsadüf olmadığı fikrini ön sıraya çıxarmaq məcburiyyətindəyik.

– Kərimovun xəstəliyi onun həyatla vidalaşmasına səbəb oldu.
– Onun ölümündən təxminən iki həftə sonra BMT-nin Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Amerikaya gedən Qırğızıstan prezidenti Almazbek Atambayevin səhhəti İstanbulda hava limanında pisləşdi və o, səfərini təxirə saldı.
– Bu hadisədən yenə iki həftə sonra Nazarbayev xəstə yatağına düşdü.

Bu ardıcıllıq qazax liderinin “soyuqdəyməsinin” böyük ssenarinin bir hissəsi ola biləcəyi ehtimalını artırır.

b) “Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünü kifayət qədər yaxşı hiss edir”.

Nazarbayevin qızı Dariqanın atasının səhhəti ilə bağlı bu açıqlaması də Kərimovun qızı Lolanın sözlərinə necə də bənzəyir.

Lola Kərimovanın atasının səhhətinin yaxşı olduğu ilə bağlı açıqlamasından iki gün sonra İslam Kərimov gözlərini əbədi yumdu. İndi Dariqa təxminən eyni sözləri deyir. Bununla bağlı əlavə nələrisə demək çətindir. Lakin o da diqqətdən yayınmır ki, Qazaxıstan qanunvericiliyində “prezidentin səhhəti dövlət sirridir” maddəsini pozanlardan biri məhz Dariqa Nazarbayevdir.

Yəqin ki, bu müəmmalar uzun sürməyəcək.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir