Almanyanın yeni savunma bakanı Annegret Kramp-Karrenbauer

Fransız Fariba Adelkhah İran’da kayıp

Gürcustan Azərbaycan qonşuluqu və tərəfdaşlıgı hər zaman dostluq münasibətlərlə secilmişdir

Azerbaycanın populer şarkıcısından mükemmel performans

NAZARBAYEV VƏ AZƏRBAYCAN

Gündem 19 Mart 2019
60

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasına Azərbaycan nöqteyi-nəzərdən baxmağa çalışaq. Nazarbayevin xarici siyasəti mövcud reallıqlara uyğun idi. Qazaxıstan Nazarbayevin prezident kürsüsündə oturduğu 28 ildə sözdə (oxu: zorən) Rusiyanın strateji müttəfiqi olarkən bir çox istiqamətlərdə fəal siyasət yürüdür, Çin, ABŞ və Avropa ilə də sıx əlaqələr qurmuşdu. Nazarbayev son illər milli siyasətə də önəm verir, latın qrafikasına keçmiş, türkçülük ideologiyasının inkişafına diqqət yetirir, ölkə tarixinin öyrənilməsinə diqqət yetirirdi.

Bu illərdə Qazaxıstanla Azərbaycan arasında da sıx əlaqələr formalaşmış, regional layihələrdə ortaqlıq mövcuddur. Nursultan Nazarbayev bir neçə dəfə Azərbaycana səfər etmiş, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyündə real dəstək verir, İrəvanın Qarabağ separatçılarını Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi fəallıqla bağlı təxribatlarının qarşısını alırdı. Nazarbayev yaşına və ağlına görə türk dünyasının ağsaqqalı sayılır. Nazarbayevin yerinə prezident kürsüsünə kim gələcəksə, onun da Azərbaycanla sıx əməkdaşlığını arzulayırıq. Əsas odur ki, Astananın Cənubi Qafqaz siyasətində ciddi korrektə olmasın, Nazarbayevin siyasəti davam etsin. Fikrimcə, Nazarbayev nə qədər ki, Təhlükəsizlik Şurasının sədridir, yeni prezidentin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək
Elhan Şahinoğlu

Yorumlar