KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. NATO Rusiyaya yerini göstərdi

NATO Rusiyaya yerini göstərdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
310 0

Kremlin təklifi rədd edildi, rus qoşunlarının Gürcüstan, Ukrayna və Moldovadan çıxarılması tələb olundu

Yanvarın 12-də NATO-Rusiya Şurası çərçivəsində nümayəndə heyətlərinin görüşü olub. 4 saat davam edən görüşdə NATO müttəfiqləri Rusiyanı Gürcüstan, Ukrayna və Moldovadan öz qoşunlarını çıxarmağa çağırıb.

NATO-nun baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, alyans və Rusiya rəsmiləri arasında Ukrayna məsələsinə dair “ciddi və birbabaşa” fikir mübadiləsi olub.

Stoltenberq deyib ki, NATO Rusiyanın Ukrayna sərhədləri yaxınlığına və Ukraynadan ilhaq etdiyi Krıma 100 mindən çox hərbçi toplaması ilə bağlı “ciddi narahatlığını” bildirib: “NATO üzvləri Rusiya ilə dialoqa hazırdırlar, amma Avropada hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsindəki əsas prinsiplərində kompromisə getməyəcəklər. NATO müttəfiqləri bugün Rusiyanı öz qoşunlarını Gürcüstandan, Ukrayna və Moldovadan çıxarmağa çağırıblar”.

Stoltenberq Ukrayna barədə Rusiyanın tələbinin rədd edildiyini bildirib: “Əgər Rusiya yenidən Ukraynaya qarşı gücdən istifadə edərək, onun ərazisinə daha çox soxularsa, biz şərq istiqamətindıə mövqeyimizin daha da möhkəmləndirilməsini nəzərdən keçirməli olacağıq”.

Stoltenberq bir daha bəyan edib ki, Ukrayna özünün gələcək təhlükəsizliyini necə təşkil edəcəyi barədə qərarlar qəbul etmək hüququna malikdir, NATO isə öz qapılarını mümkün yeni üzvlərin üzünə bağlamayacaq. Bu məsələdə Rusiyanın heç bir veto hüququ yoxdur.
Azadlıq qəzetiBakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir