KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. NATO AZƏRBAYCANLA SIX İNTEQRASİYAYA ÇALIŞIR

NATO AZƏRBAYCANLA SIX İNTEQRASİYAYA ÇALIŞIR

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
303 0

Azərbaycan prezidenti Ilham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul etdi. Həmişə olduğu kimi, NATO təmsilçisi Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirdi.

İlham Əliyev Azərbaycanın Əfqanıstanla bağlı fəaliyyətini iki hissəyə böldü:

Birincisi, Azərbaycan Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatları dəstəkləməkdə davam edəcək;

İkincisi, Azərbaycan NATO çərçivəsindlə əməkdaşlıqla yanaşı Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir və bu proses gələcəkdə də davam edəcək.

İlham Əliyevlə Ceyms Appaturay arasındakı görüşdə Dağlıq Qarabağ münaqişəsindən də danışıldı. İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirdi.

İlham Əliyevin bu sözləri ondan xəbər verir ki, Ermənistan danışıqlarda imitasiyası ilə məşğul olduqundan onun erməni həmkarı Serj Srəkisyanla görüşmə ehtimalı azdır. Halbuki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nyu-Yorkda verdikləri birgə açıqlamada il ərzində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istədikləri bildirilmişdi.

Ceyms Appaturay İlham Əliyevdən sonra müdafiə naziri Zakir Həsənovla görüşdü. Bu görüşdə də Azərbaycan rəsmisi NATO ilə əməkdaşlığın xeyrinə iki fikir bildirdi.

Birinci fikir: NATO-nun Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir.

İkinci fikir: NATO birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə siyasi dəstək verir.

Ceyms Appaturayla Zakir Həsənov arasında keçirilən görüşdə Azərbaycanla NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan NATO-nun bir sıra hərbi təlimlərində iştirak edir, digərlərində yox. NATO rəhbərliyi Azərbaycanın təlimlərdə daha fəal iştirakını istəyir. Ceyms Appaturayın tez-tez Azərbaycana səfərlərinin məqsədi məhz NATO ilə Azərbaycan arasındakı əməkdaşlığı dərinləşdirilməkdir. O Azərbaycan hakimiyyətini inandırmağa çalışır ki, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi və hərbi təlimlərdə iştirak Azərbaycanın öz təhlükəsizliyinin artırılması üçün də vacibdir.

Əgər rəsmi Bakı Azərbaycan ordusunu NATO standarlartlarına yaxınlaşdırmaq istəyirsə Şimali Atlantika Bloku ilə əməkdaşlığı genişləndirilməlidir. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına da cavab verir. Doğrudur, Rusiya NATO-nun Cənubi Qafqazdakı fəaliyətindən narahatdır. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ötən həftəki açıqlamasında deyib ki, NATO-nun Qafqaz regionunda, xüsusən də Gürcüstanda fəallaşması Rusiya üçün təhlükəlidir. Buna cavab olaraq Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili isə deyib ki, Gürcüstanın NATO-ya inteqrasiyası heç bir dövlət üçün təhlükə yaratmır. Eləcə də Azərbaycanla NATO arasındakı əməkdaşlıq Rusiyanın əleyhinə yönəlməyib. Digər tərəfdən Gürcüstandan fərqli olaraq Azərbaycan qarşısına NATO-ya üzv olmaq kimi hədəf də qoymayıb.

Bu arada, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimlərini həyata keçiririlər. Təlimlərin sonrakı mərhələsini Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli da izləyəcək. “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimləri mütəmadi olaraq hər il keçirilir. Türkiyə NATO-nun əsas üzv ölkələrindəndir. Ona görə də Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında artan əlaqələr və artah birgə hərbi təlimlər NATO-nun da xeyrinədir.
Elhan Şahinoğlu
”Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir