KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Natiq Jafarli: Rusiya Qarabağda daimi qalmaq istəyir

Natiq Jafarli: Rusiya Qarabağda daimi qalmaq istəyir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
277 0

Paşinyan və digər Ermənistan rəsmiləri bu gün İrəvanda çoxsaylı bəyanatlar səsləndiriblər, bir-birinə zidd cümlələr də qurublar, amma açıqlamaların hamısının bir məntiqi var: Rusiya Qarabağda daimi qalmalı, Xankəndi və ətrafında yaşayan ermənilərin yükünü Moskva çəkməlidir – faktiki olaraq Ermənistan Qarabaq məsələsini üzərindən ataraq Rusiyaya yükləmək, bununla da öz büdcəsindən hər il Qarabağa ayırdığı ortalama 300 mln. (bu il 298 mln. dollar olub) dollara qənaət etmək, həm Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyir. Rusiya da bundan məmnun görünür – kiçik saylı əhalini, amma strateji əhəmiyyəti olan Xankəndi və ətrafını ilə cəmi 300 mln. dollara əldə saxlamaq, hələ bu pulu da erməniəsilli Rusiyalı milyarderlərdən yığmaq elə də çətin deyil. Vardanyanı ora göndərən Kreml elə ermənilərin öz pulu ilə orada növbəti “QXR” (Ukraynada modeli, “Qarabağ Xalq Respublikası”, kimi) yaratmağa çalışacaq (hətta artıq çalışır da), bu qondarma qurumu qorumaq üçün orda “rusməramlılar” olmalıdı – məhz buna görə Paşinyan rusların orda 15-20 qalması məsələsini indi ortalığa atıb.

Ölkəmiz üçün təhlükəli dönəmdir, bu imtahandan çıxmaq üçün əsl siyasi birlik modelinə ehtiyac var – Əliyev bunu anlamalı, siyasətə və xalqa təkəbbürlü yanaşmasını kənara qoymalıdır, effektiv idarəetmə modelini təsis etmək üçün yeni institutlar yaradılmalıdır, bunun yolu yeni Konstitutsiyadan və təcili olaraq Türkiyə ilə ölkənin bir neçə bölgəsində Hərbi Təlim və Tədris Mərkəzinin yaradılmasından keçir…
Natiq Jafarli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir