KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Natig Jafarli: Rusya’nın MDB ölkələrinə təzyiqi artacaq

Natig Jafarli: Rusya’nın MDB ölkələrinə təzyiqi artacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
36 0

Rusiya-Ukrayna qarşıdurması, gərginliyi artdıqca Kremlin MDB ölkələrinə təzyiqi də artacaq, məqsədi isə bu ölkələrin mövqelərinin dəqiqləşdirməsi ilə bağlıdır. Əgər sabah Rusiya “DLR” və “LNR”-i, Donbası tanısa, müharibə olsa, MDB, əsas da “KTMT” ölkələrindən də həmin qondarma qurumları və Krımın Rusiya torpağı olmasını tanımağı tələb edəcək.
Bütün MDB ölkələrində bunun izlərini görürük – Belarusla məsələni 2020-də, Qazaxstanla isə 2022-nin əvvəlində həll etdi, Qırğızıstan zatən Qazaxstanla paralel qərarlar verməyə məhkumdur, Türkmənistan qapalı, özünəməxsusdur, amma orda da maraqlı hadisələr baş verir, yeni, gənc “Şahzadə” hakimiyyətə gətirilir, Rusiya buna dəstək olur və Türkmənustan da Kremlin dediyini edir, Tacikistan və Özbəkistana qarşı isə “taliban” dəyənəyi hazırdır, Kremlə etiraz etsələr o dəyənəklə vurulacaqlar.
Ən maraqlı durum Ermənistanla bağlıdır – Qazaxstan hadisələrində Ermənistanı Qərbin gözündən salan Kreml, indi Ukrayna hadisələri fonunda Paşinyanın “Qərbyönümlüyünü” tam məhv edə bilər.
Azərbaycan da maraqlı durumdadır – İlham Əliyev ən gərgin zamanda Kiyevə getdi, dəstək göstərdi, bu gün Türkiyə ilə hərbi-strateji ittifaqı hər iki qardaş ölkə təsdiqlədi və bu müqavilələr qanuni qüvvəyə mindi, AB ilə münasibətlər çox yaxılaşdı. Digər tərəfdən isə Rusiyanın ölkədəki “5-ci kalonunun” rəhbəri, hakimiyyətin içindəkilərin bir hissəsinə və müxalifətin bir qisminə nəzarət, idarə edən Ramiz Mehdiyevin urvatsız edilməsi də heç təsadüf deyil. Kremlin burada siyasi oyun qura biləcəyi, 2013-cü ildə olduğu kimi öz əlaltıları, “milyarderlər ittidaqı” və “şuralar” ilə təzyiq və təsir göstərməsi cəhdləri tam neytrallaşdırılmalıdır. Məncə, son olaylar həm də bu məsələ ilə bağlıdır, Mehdiyevin son bəyanatında rusdilliləri və rus dilini müdafiə etmək cəhdi təsadüf deyildi, ona qarşı kampaniya da təsadüfi deyil – məqsəd tək onu yola salmaq yox, bütün bağlantıları da kəsməkdir.
Maraqlı, tarixin dəyişdiyi dövrdə yaşayırıq, xarici siyasətin güclü olduğu fonda daxili siyasətin bərbad olması və Xankəndindəki “sülhməramlılar” hələ də ölkənin “yumşaq qarnıdır”. Mütləq nəticələr çıxarıb yeni sistemə keçməliyik – əsas hədəflər normal idarəetmə sistemi qurmaq və 2025-ci ilə qədər “sülhməramlıları” ölkədın çıxartmaq olmalıdır…
Natig JafarliKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.