KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Natig Jafarli: Putin israrla “Dağlık Karabağ” diyor

Natig Jafarli: Putin israrla “Dağlık Karabağ” diyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
173 0

– Putin israrla “Laçın koridoru” deyir, Ermənistandan Azərbaycana gedən yol demir,
– Putin israrla “Dağlıq Qarabağ” deyir, halbuki belə bir qurum yoxdur,
– Putin israrla, “bölgədə yollar mənim nəzarətimdə olacaq”, deyir,
– Putin israrla, “Başqa heç bir ölkəni problemlərin həllinə yaxın buraxmaq olmaz”, deyir,
– Putin israrla özünə kiçik çevrə qurub “ağsaqqal” rolundan əl çəkmək istəmir.

Yaxşı, biz nə deyirik, problemləri necə həll etmək istəyirik?! İki ölkə qarşılıqlı ərazi bütövlüyünü sözdə tanıdı – əla, indi bunu kağızda, sənəddə imzalamaq lazımdır. Azərbaycan Laçın yoluna sərhəd-keçid məntəqəsi qoydu – əla, indi bunu formal yox işlək hala gətirmək lazımdı. Zəngəzurdan keçəcək yola nəzarət uğrunda Rusiya və Ermənistan (İran da Ermənistana dəstək verir bu məsələdə, Kremillə birbaşa üz-üzə gəlmək istəmir) arasında çəkişmə var – olsun, bizim üçün nəzarətin Ermənistanda olması sərfəlidir, ona görə bu məsələdə onlara “pas” verə bilərik. Çünki, yolun TƏK Rusiya nəzarətində olması Kremlə hər iki ölkəyə əlavə təzyiq və təsir rıçaqları verəcək və Rusiyadan güzəşt qoparmaq Ermənistanla bu məsələdə anlaşmaqdan daha çətin olacaq.
Bundan başqa Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlılarla (bəli, azərbaycanlı vətəndaşlıq tanımı, hamımızın üst kimliyimizdir) bağlı “yol xəritəmizi” açıqlamalıyıq (məsələn, yerli özünüidarənin və Mer seçkilərinin tədbiqi, yerli əhəmiyyətli məsələrin həllində ölkədə regionlara bir az sərbəstliyin verilməsi, yəni, Türkiyədə olana bəzər Mer institutu), yoxsa Moskva onların uzunmüddətli təhkükəsizlik zamini roluna hazırlaşır – buna imkan vermək olmaz.
Doğrudan da, sülhə heç zaman bu qədər yaxın olmamışıq, tarixi fürsəti qaçırmaq olmaz. Ağılla, səbrlə, siyasi-hərbi-diplomatık addımların ardıcıllığı ilə bu işi sülhə bağlamalıyıq…

Natig Jafarli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir