KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Natig Jafarli: Hindistanla Ermənistan arasında əlaqələr

Natig Jafarli: Hindistanla Ermənistan arasında əlaqələr

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
104 0

Son zamanlar Hindistanla Ermənistan arasında əlaqələrin genişlənməsi Azərbaycanda ciddi narahatlıq yaradır, amma həmişə olduğu kimi, müzakirələr daha çox emosionaldır, rasional, analizə söykənən analizə az rast gəlinir.
Hindistan yüksələn güc mərkəzlərindən biridir, ən böyük elektoral demokratiyadır, 968 mln. səsvermə hüququ olan vətəndaş yaşayır. Ermənistanla yaxınlığın tarixi köklərini bir kənara qoysaq, Azərbaycanın Hindistanla daha sıx əlaqələri olduğu üzə çıxır və praqmatik Hindistan hökuməti Azərbaycanla əlaqələrə önəm verir. Bu işdə yeni logistika xəttləri, Azərbaycan Dəmir Yollarının (ADY) gördüyü işlər də mühim rol oynayır.
Amma gəlin əvvəl rəqəmlərin yaratdığı mənzərəyə baxaq: 2023-cü ildə Ermənistanla Hindistan arasında ticarət dövriyyəsi cəmi 380 mln. dollar olub. Ötən il Azərbaycanla Hindistanın ticarət dövriyyəsi isə 1 mlrd. 435 mln. dollar təşkil edib – yəni, bizim ticarət dövriyyəsi Ermənistanla olan ticarətdən az qala 4 dəfə çoxdur. Hindistandan Azərbaycana gələn turist sayı kəskin artıb – bu ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqaisədə Hindistandan 2,4 dəfə çox turist gəlib, gələn turistlər sıralamasında Hindistan 4-cü yerə çıxıb.

Rəqəmlər deyir ki, Hindistanla münasibətlər heç də pis deyil, deməli, “dostunu yaxın, rəqibini (düşmənini) daha da yaxın saxla”, prinsipini davam etdirmək lazımdır. Hindistanın Azərbaycana münasibəti bizim ölkəmizlə bağlı deyil, daha çox bizim Pakistanla daha sıx münasibətlərə cavab refleksidir. Amma bu refleksi daha sıx ticarət, logistika ilə neytrallaşdırmaq mümkündür və bunun üçün əla fürsət yaranıb: Mayın 13-də Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Bu sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan mövcud limanı idarəçiliyə götürməklə Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinnin tərkib hissəsi kimi qiymətləndirilir (yeri gəlmişkən, Hindistanın ingilisdilli “The Economic Times” nəşri bu məsələ ilə bağlı geniş yazı dərc edib).
Bu məsələni niyə xüsusi vurğuladım: Azərbaycan regional logistik “hub” olmaq istəyir, bunun üçün çox iş görür, yeni layihələrə yatırımlar qoyur və ADY bu işdə aparıcı icra qurumuna çevrilib, çünki, hamını maraqlandıran ucuz və sürətli dəmir yolu daşımalarıdır. Məsələnin məğzi budur ki, Hindistan İran və Azərbaycan üzərindən Orra Asiya, Rusiya, cələcəkdə isə Şimali Avropa bazarlarına çıxmaq üçün qısa və effektiv yol axtarır, bu məqsədlə Azərbaycanla, ölkənin rəsmi qurumları, o cümlədən ADY ilə intensiv danışıqlar aparır. Əgər nəzərdə tutulan layihələr tam reallaşsa, Hindistan üçün Cənubi Qafqazda əsas tərəfdaş Azərbaycan olacaq, başqa seçim yoxdur. Azərbaycanın infrastrukturu bu layihə üçün çox əlverişlidir, bu isə ölkəmizə əlavə dividendlər gətirə bilər – həm də, Hindistanın maraqlarını nəzərə alaraq, Azərabaycan bu qarşılıqlı asılılıqdan istifadə edərək Hindistanın mövqeyini dəyişə, ən azı neytrallaşdıra bilər.

ADY və logistika ilə məşğul olan digər dövlət qurumıları yeni, keyfiyyətli infrastruktur qurmaq üçün çalışırlar – indi əsas məsələ hökumətin tamamının effektiv işləməsi, ölkəmizin “hub” olması üçün daha çox iqtisadi açıq olmasına, rəqəbətə şərait yaradılmasına ehtiyac var. Bu bir fürsətddir, hökumət anlamalıdır ki, indiki iradəetmə, vergi-gömrük sistemi bu fürsəti dəyərləndirməyə yetərli deyil, hətta mane olur – deməli, sütətlə islahata getməli, “daşı ətənyindən tökməli”, elə həmin “daşlarla” yeni, daha rahat “yol” çəkilməsinə çalışmalıdırlar. Bu fürsəti qaçırmaq olmaz…
Natig Jafarli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir