KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Nasib Nasibli: İranın cavabsız qalmayacağı gözləniləndi

Nasib Nasibli: İranın cavabsız qalmayacağı gözləniləndi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
237 0

“Dostlar, ölkə başçısının Zəngəzur dəhlisi, Güney və Turan mövzularındakı bəyanatlarına İranın cavabsız qalmayacağı gözləniləndi. İran/Fars dəyərlərinin daşıyıcıları həmən əl-ayağa düşdülər. Türklük və Türkçülüyə savaş açdılar. Əski-yeni suçlamalar, yersiz sataşmalar üst-üstə gəlir. İran yanlılarından başqa yerli Rusçular, liboşlar və başqa kosmopolitlər haray-həşir qoparmaqdadırlar.
Ən son televizyonda bir aparıcı “Türk qanlı” demiş, bərk narahat olmuşlar. “Türk qanlı” demək irqçılık imiş. Yox elə bir şey! “Türk qanlı” demək, Türk şüuruna, milli şüura sahib olmaq deməkdir. Təhrif etməyin. Heç olmasa, Əli Bəy Hüseynzadə-Turanı oxuyun. Həvəsiniz yoxsa, bayraqdakı ilk zolağın nə ifadə etdiyini düşünün.
Dostum Çingiz Sultansoya da yazmışdım. Almaniyada milyonlarla qeyri-Alman yaşayır. Amma “Alman ruhu”, “Alman dövləti”, “Alman qanlı/şüurlu” kimi rutin ifadələri heç kəs sorğulamır. Ya da Birləşmiş Krallıqda “English history”, “English tea”. “English coffee” …
kimi rutin anlayışlar hər addımda rastımıza çıxır. Fransada da eyni. İnqilabın adı orijinalda “Fransız inqilabı”dır (La Revolusion française). Biz “Fransa inqilabı” olaraq tərcümə edirik. Qonşu Gürcüstanda “Gürcü milləti”, “Gürcü dövləti”, “Gürcü tarixi”… kimi ifadələri sorğulayan yoxdur… Türk millətinin (və atributlarının) varlığına tabu qoymuş Stalin, bizim ölkədə hələ də yaşayır, hələ ölməyib.
Təkrar edək: Dostlar, Türklüyünüzdən utanmayın, “Türk qanı daşımaqdan” imtina etməyin. Çünki “Möhtac olduğun qüdrət damarlarındakı əsil qandadır.” (Mustafa Kamal Atatürk). Türk olmaqdan qorxmaq heç lazım deyil: bu suça görə daha Sibirə göndərmirlər, pan-Türkist ittihamı ilə daha güllələmirlər.
Güneydə isə insanlar başqa şüarlarla yanaşı Haray, haray, mən Türkəm!, Türk dilində mədrəsə, olmalıdır hər kəsə!, Nə sağçıyam, nə solçuyam, millətçiyəm, millətçi! deyirlər, qorxmurlar. Pan-Türkist ittihamı ilə həbsdə onlarla milli fəalımız yatır. Bizim liboşlar və başqa Türk düşmənləri orada yaşasaydılar, əminəm, mütləq Fars irqçilərinin yanında yer alardılar, milli insanları təqib edərdilər.
Və sonda: Quzey və Güney Azərbaycanda Türk millətinin varlığını inkar edən heç bir kəs milli sayılmamalıdır. Türklüyə və Türkçülüyə sataşmağın faydası yoxdur. Çünki Türkçülük Azərbaycanı yüksəltmək üçün vardır. Azərbaycançılıq isə Türkçülüyün siyasi proqramıdır”.
P S. Hörmətli professor haqlıdırmi? Əlbəttə ki, haqlıdır. Niyə öz türklüyümüz haqda xoş söz deməməliyik?! Şübhəsiz ki, bu tipli yanaşmalar digər xalqları asagilamadan olmalıdır. Məsələn fars millətçiləri özlərini ən yüksək irq hesab edirlər, biz isə öz Türklüyümüzlə sadəcə fəxr edirik və hər xalq bu haqqa malikdir. Sadəcə bizim hakimiyyətin nəzarətində olan TV -lər milli dəyərlərin təbliği və təqdimatında o qədər diletantdirlər ki, son günlərdə bu qeyri- peşəkarlıq daha da qabardı. Əslində elə hakimiyyətin özü millilik anlayışından çox çox uzaqdır…

Nasib Nasibli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir