KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nadir Şah Avşarın mollalara sualları və yasaqları

Nadir Şah Avşarın mollalara sualları və yasaqları

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
411 0

Toplumun ortaq kollektiv zehnində yuvalanan hər bir qavrama görə, cəmiyyətdə davranış örnəkləri sərgilənər. Səfəvilər zamanında bəzi qavramlar və bu qavramların doğurduğu davranış örnəkləri və gələnəklər toplumun sosial həyatına zorla girdirilmişdi. Öncə zorla girdirilmiş, sonra davamı üçün yenə də zor qollanılmış, daha sonra da, artıq gələnək və alışqanlıq halına gətirilmişdir. Toplumun inanc sisteminin bir parçası edilən gələnəklərə qarşı çıxmaq da hər zaman təhlükəli olmuşdur. Səfəvi mirası olan ”aşura” və ”qədiri-xum” kimi qavramlar o örnəklərdən idi. Nadir Şah şiə mollalara ”bunlar Quranda varmı? Bunları Peyğəmbər zamanında günümüzdəki kimi şölən və törənlə keçirmişlərmi? Keçirməmişlərsə, bunu İslam adına nədən topluma sırımışlar? Bunların İslamla nə əlaqəsi var, söylərmisiniz?” deyə sorurdu. Nadirə veriləcək cavab yox idi. Quranda və İslam Peyğəmbəri zamanında bu gələnək və hətta bu qavramlar bilə, olmamışdı. Bu üzdən Nadir bu qavramların toplum zehnindən və gələnəyindən silinməsinə əmr verdi. Aşura və Qədiri-xum törənləri bu şəkildə Avşar ölkəsində yasaqlandı. Nadirə görə, ortada kitabı olan bir din varkən kitabda olmayan mazoxist Səfəvi gələnəklərini nədən İslam deyə topluma zorla qəbul etdirmək gərəkirdi? Bu törənləri keçirənlər sərt bir şəkildə cəzalandırıldı. Yasaqla ilgili bütün elbaylıqlara (valiliklərə) genəlgə və fərman göndərildi. “Sadəcə yas törənlərini deyil, Qədiri-Xum və novruz bayramını da yasaqladı.”
Guntay Gencalp
*******************
Qaybaq:
Mirzə Məhəmməd Xəlil Mərəşiyi Səfəvi, Məcmə-ut təvarix, hazırlayan: Abbas İqbal Aştyani, Əhmədi nəşriyyatı, 1362 (h.ş)- Tehran . s. 84.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir