Azərbaycan və Gürcüstan hərəkatları Strasburqda saziş imzaladı

Россия, Иран и Турция являются историческими антагонистами

Türk axını” Qarabağ münaqişəsinin həllini sürətləndirəcəkmi?

Türkiye’de Teknolojik Kaos Mu Hedefleniyor?

N.Paşinyanın apardığı özünü doğrultmayan siyasət və bu fonda yaranan gərginlik

Gündem 16 Ekim 2019
163

2018-ci ilin dekabr ayının 9-da Nikol Paşinyan rəsmən Ermənistanın baş naziri oldu. Bundan sonra o öz hakimiyyətini möhkəmləndirmək üçün bir sıra addımlar atdı. İlk növbədə isə erməni xalqına ciddi vədlər verdi. Belə ki o, ciddi islahatlar həyata keçirəcəyini, vətəndaşların yaşayış səviyyəsini yüksəldəcəyini, korrupsiyanı aradan qaldıracağını və vergi sahəsini təkmilləşdirəcəyini bildirmişdir. Növbəti addım kimi Paşinyan 2008-ci il hadisələrini qabardaraq böyük nüfuza malik olan Robet Köçəryanı həbs etdirdi. Lakin onun hakimiyyətə gəlişindən 1 il yarımdan çox vaxt keçməsinə baxmayaraq Ermənistan iqtisadiyyatında heç bir irəliləyiş yoxdur. İşsizliyin səviyyəsi yüksək olaraq qalır (18%), əhalinin sayı keçən illə müqayisədə 10 % azalıb və 839 min insan ölkəni bu müddət ərzində tərk edib. Vergi sahəsində onun tətbiq etdiyi “flat tax” sistemi isə kasıb təbəqəni vəziyyətini daha da ağırlaşdırır, çünki bu sistemə görə ən kasıblar ən varlılarla eyni miqdarda- gəlirlərinin 23%-ni- vergi ödəməlidirlər.
Beləliklə, verdiyi vədləri yerinə yetirə bilməyən N.Paşinyan post-inqilab mərhələsinin eyforiyasından ayılan xalq qarşısında özünü vəziyyətdən çıxarmaq populist bəyanatlara əl atdı. Belə ki, o avqusta ayının 5-də Xankəndində etdiyi çıxış zamanı 2050-ci ilə qədər əhalinin sayını 5 milyona çatdırmaq, ordunu dünyanın ən güclü 20 ordusu sırasına çıxartmaq, ÜDM-ni 15 dəfə artırmaq və ən azı 5 böyük texnoloji şirkət yaratmaq kimi blokada şəraitində olan Ermənistan üçün yerinə yetirilməsi qeyri-mümkün olan fikirlər irəli sürmüşdür. Hətta bunu erməni ekspertləri belə etiraf edirlər.
N. Paşinyanın ölkəsini izlədiyi işğalçı siyasətdən dolayı düşdüyü blokada vəziyyətindən çıxartmaq üçün ən mühüm planından biri də Ermənistanı “nəqliyyat qovşağına” çevirməkdir. Bu məqsədlə o İran və Çin tərəfindən irəli sürülən müvafiq olaraq Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi və “Bir Kəmər, Bir Yol” layihələrində Ermənistanın iştirak etməsi üçün çalışır. Lakin bu ilin apel ayının 25-27-də Çinin paytaxtı Pekində keçirilmiş II Bir Kəmər, Bir Yol beynəlxalq forumuna Ermənistandan heç bir nümayəndənin dəvət olunmaması rəsmi Pekinin Ermənistanın bu layihəyə qoşulmasına maraqlı olmamasının bariz nümunəsidir. Bunun əksinə olaraq, Prezident cənab İlham Əliyev bu foruma dəvət olunmuş və forum çərçivəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 sənəd imzalanmışdır. Bu onu göstərir ki, Cənubi Qafqazda Çinin əsas tərəfdaşı Azərbaycandır. Bununla belə qeyd etmək lazımdır ki, Çin son dövrlər Ermənistanla münasibətləri inkişaf etdirməyə çalışır . Belə ki, 2019-cu ilin ilk rübündə Çinlə Ermənistan arasındakı ticarət əlaqələri 23% artmışdır və Çin Ermənistanın nəqliyyat infrastrukturuna xeyli miqdarda investiya yatırır.

Rusiya ilə münasibətlərdə yaranan gərginlik
Rusiya heç bir müdaxilə etmədən məxməri inqilabı dövründə Ermənistanda baş verənləri sakit şəkildə izləyirdi. Rusiyalı rəsmilər bu fikirdə idilər ki, hansı lider olmasına baxmayaraq blokada şəraitində olan Ermənistan ən böyük müttəfiqi olan Rusiya ilə münasibətləri pisləşdirə bilməz. Lakin N.Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlər soyumuşdur. Hələ hakimiyyət dəyişikliyindən bu yana Prezident də daxil olmaqla Rusiyanın yüksək dövlət rəsmilərinin heç biri Ermənistana rəsmi səfər etməmişdir. Ümumiyyətlə isə münasibətlərin soyumasına iki əsas amil təkan vermişdir. Birincisi, hakimiyyətə gələr-gəlməz Paşinyan rusyönümlü və Rusiya Federasiyasının Prezidenti V.Putinlə yaxın əlaqələri olan şəxsləri həbs etdirdi. Bu mənada Robert Köçəryanı xüsusilə qeyd etmək lazımdır, çünki o V.Putinlə daha yaxın əlaqələrə malikdir. Bunu qeyd etmək kifayətdir ki, R.Köçəryan həbsdə olarakən V.Putin ona ad günü münasibətilə təbrik məktubu göndərmişdir. İkincisi, N. Paşinyan demokratiya görüntüsündən istifadə edərək maliyyə qopartmaq məqsədilə Qərbyönümlü siyasət aparır. Lakin onun bütün cəhdləri boşa çıxır. Belə ki, ABŞ-ı 2019-cu ildə Ermənistana 2018-ci illə müqayisədə 16 milyon dollar az, yəni cəmi 12 milyon dollar yardım ayırmışdır. Rusiya Ermənistan münasibətlərinin gərginləşməsinin nəticəsi olaraq 2019-cu ilin aprel ayında “Mənim addımım ittifaqından” olan bir sıra deputatlar anti-erməni fikirlərə görə Ermənistanda yayımlanan rus kanallarını fəaliyyətinin dayandırılmasını tələb etmişdirlər. Bu isə Rusiyada ciddi əks-səda doğurmuşdur. Belə olan halda Rusiya ənənəvi olaraq qaz diplomatiyasından istifadə etməyə başlamışdır. Qazın qiymətini artıraraq Rusiya Ermənistana təzyiq edir. Çətin vəziyyətdə olan Paşinyan isə Rusiya ilə münasibətləri normallaşdırmaq üçün KTMT çərçivəsində Suriyaya yeni humanitar missiya göndərmişdir. Ümumilikdə isə Rusiya Ermənistan münasibətlərinin tamamilə pozulacağını və Ermənistanın müstəqil siyasət aparacağını güman etmək düzgün olmaz. Çünki birincisi Ermənistan demək olar ki, bütün sahələr üzrə Rusiyadan asılıdır, ikincisi isə belə olan halda yaranan boşluğu Qərb dövlətləri doldurmağa çalışar ki, bu da Rusiya üçün ən arzuolunmaz ssenaridir. Buna görə də Rusiya əlindəki təzyiq vasitələrdən istifadə edərək Ermənistanı özünün vassalı kimi saxlamağa davam edəcəkdir.

Dağlıq Qarabağ münaqişəsi
N.Paşinyanın Ermənistanın əvvəlki prezidentlərindən fərqli olaraq Azərbaycanın ərazilərinin işğalında iştirak etməməsi onun münaqişə ilə bağlı fərqli siyasət aparacağına ümidlər yaratmışdır. Lakin Paşinyanın qondarma “dqr”-na səfərləri və verdiyi bəyanatlar onun münaqişə ilə bağlı aparacağı siyasətin heç də eks-prezidentlər R.Köçəryanın və S.Sarkisyanınkından fərqli olmayacağından xəbər vermişdir. Belə ki, ilk bəyanatlarının birində o, “dqr”-nın müstəqil tərəf kimi qəbul olunmasını və danışıqlarda iştirak etməsini tələb etmişdir. Bu tələbin nə qədər əsassız olduğunu N.Paşinyan özü də bilirdi. Çünki faktiki olaraq qondarma “dqr”-ı birbaşa Ermənistandan idarə olunur və burada N.Paşinyanın oğlu daxil olmaqla erməni hərbi qulluqçuları xidmət edir. Danışıqlarda iştirak məsələsinə gəldikdə isə, danışıqların formatı çoxdan müəyyən olunmuşdur. Hələ 1992-ci il ATƏM-in Nazirlər Şurasının görüşündə imzalanmış sənədə əsasən Dağlıq Qarabağın erməni icmasına azərbaycanlı icması ilə bərabər münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri 9 mart 2019-cu il tarixli bəyanatında da Ermənistanı danışıqların formatını dəyişdirmək cəhdlərindən geri çəkilməyə çağırmışdır.
N.Paşinyanın bütün bu addımlarına baxmayaraq Azərbaycan tərəfi münaqişəni sülh yolu ilə həllinə sadiq qalaraq danışıqları davam etdirməyə çalışır. 2019-cu ilin mart ayının 29-da İlham Əliyevlə Nikol Paşinyan arasında Vyanada rəsmi görüş baş tutmuşdur. Eyni zamanda xarici işlər nazirləri səviyyəsində də görüşlər davam etdirilmişdir. Lakin hər dəfə görüş ərəfəsində Ermənistan tərəfindən cəbhədə gərginliyin yaradılması və azərbaycan əsgərlərinin öldürülməsi artıq görüşlərin nəticəsiz olacağından xəbər verirdi. Lakin 2019-cu ilin avqust ayında Xankəndində çıxışı zamanı N.Paşinyanın əvvəlki bəyanatına zidd olaraq “Qarabağ Ermənistandır, vəssalam” deməsi danışıqlar prosesinə böyük zərbə vurdu. Əslində Paşinya bu bəyanatları ilə daxili auditoriyaya çatdırmaq istəyir ki, o bu məsələdə Azərbaycana güzəştə getməyəcək. Paşinyan yaxşı bilirki, əgər güzəştə getsə, o da L.T.Petrosyanın aqibətini yaşa bilər. Çünki erməni diasporu və eləcədə daxildəki bir sıra qüvvələr məhz işğalçı siyasəti dəstəkləyir.
2019-cu ilin 25 sentyabrında BMT-nin Baş Assambleyasında çıxış edən N.Paşinyan nədənsə avqust ayının 5-də Xankəndində verdiyi bəyanatı unudaraq kompromisdən danışmışdır. Bununla yanaşı, o münaqişənin ərazi münaqişəsinin olmadığını və insan hüquqlarının qorunması məsələsi olduğunu bildirmişdir. Halbuki Dağlıq Qarabağ münaqişəsi sırf ərazi münaqişəsidir. Bunu münaqişənin nəticəsinə baxdıqda çox aydın şəkildə anlamaq olur. Belə ki, münaqişə nəticəsində Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan 7 rayon işğal olunmuşdur. Erməni millətçilərinin isə Azərbaycana qarşı ərazi iddiaları hələ bir neçə əsr əvvələ gedib çıxır. Paşinyan həmçinin çıxışı zamanı Azərbaycanın yalnız ərazi istədiyini Dağlıq Qarabağ ermənilərini isə istəmədiyini bildirmişdir. Bu fikir də tamamilə absuddur, çünki Azərbaycan rəsmiləri dəfələrlə elə Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağın erməniləri ilə birlikdə yaşamağa hazır olduğlarını ifadə etmişlər.
Sonda isə əgər Paşinyan öz nitqində ifadə etdiyi kimi regionda sülhü və sabitliyin olmasını istəyirsə, o zaman erməni qoşunlarını dərhal işğal olunmuş ərazilərdən dərhal geri çəkməlidir.

Rauf Novruzov ( Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbə elmi cəmiyyətinin sədri )

Yorumlar