50 ракет «Точка-У» вызвали панику в США

Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyirlər

Nadir şahın sultana sülh və məzhəb birliyi təklifi

15 Temmuz Darbesi ve Türkiye Medyası

NƏTİCƏSİZ QALAN NYU-YORK GÖRÜŞÜ

Gündem 24 Eylül 2019
23

Gözlənildiyi kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsindəki görüşü nəticəsiz qaldı. Çünki görüşdən bir gün əvvəl Ermənistan ordusu təxribat törədərək təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirdi. Ancaq bu insident olmasaydı belə görüşdən nəticə çıxmayacaqdı, onsuz da hər il xarici işlər nazirlərinin Nyu-Yorkdakı ənənəvi görüşlərindən nəticə çıxmır.

Azərbaycan XİN-nin yaydığı bəyanatdakı iki cümlə də Nyu-Yorkdakı görüşün əhəmiyyətsiz olduğunu göstərir. Birinci cümlədə deyilir: “Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”. Yəni hərbçimizin qətlə yetirilməsindən sonra hansı nəticədən danışmaq olar? Qəsdən törədilmiş təxribatdır.

İkinci cümlədə deyilir: “Mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”. Yəni nazirləri görüşdülər, əvvəlki mövqelərini təkrarladılar və ayrıldılar. Bu isə 25 ildən çoxdur davam edir.

Beləliklə, bir daha təsdiq olunur ki, görüş xatirinə görüş imitasiya xarakteri daşıyır və bu Azərbaycanın maraqlarına cavab vermir. Çünki həm vaxt uzanır, həm də Ermənistan belə bir görüntü yaradır ki, guya danışıqlara hazırdılar, əsl həqiqətdə isə İrəvan imitasiya xarakterli bu danışıqlardan status-kvonun uzanmasına çalışır. Ona görə də bu vəziyyətdə rəsmi Bakı İrəvanla lazımsız danışqılardan bir müddət imtina və ya fasilə vermək barədə düşünməlidir. Bu beynəlxalq təşkilatlara da Azərbaycanın ciddi niyyətindən xəbər verər.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar