KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Nə AB, nə Şanxay Türkiyənin tək seçim yolu olmamalıdır

Nə AB, nə Şanxay Türkiyənin tək seçim yolu olmamalıdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
417 0

Son zamanlarda gərginləşən bir müzakirəni birlikdə izləyirik. Əvvəlcə bunu deməliyəm ki, bu müzakirə, uzun illərdir AB qapısında xor görülən, suverenlik hüquqları aşınan Türkiyə üçün müsbət bir inkişafdır. Dünyanın istehsal tarazlıqları sürətlə Avrasiya lehinə dəyişərkən, Türkiyə dövlətinin bu dəyişiklikdən kənarda qalması şübhəsiz düşünülə bilməz.
Türkiyədə əsas məsələ son zamanlarda ortaya çıxan, içi doldurulmamış, strategiyadan məhrum və düşünülmədən atılacaq addımların, əsrlik problemlərin sehrli bir toxunuş ilə düzələcəyi düşüncəsidir.
AB ilə münasibətlərini kəsib, Şanxaya daxil olsa Türkiyənin davamlılıq (siyasət baxımından) problemi həll ediləcək mi? Parlamentli sistemdən imtina edib, prezident idari usul sisteminə keçsə Türkiyə qlobal bir güc halına mı gələcək?
Əvvəlcə buna açıqlıq gətirməliyik ki, Türkiyə bu görünüşüylə istər AB-nə girsin, istər Şanxaya; İstər prezident idari usulla idarə olunsun, istər parlementli sistemlə dəyişən heç bir şey olmayacaq. Uzun illər AB qapısında xor görülən Türkiyə, doğru strategiya izləməzsə bu dəfə də Avrasiyanın günah keçisi elan ediləcək.
Türkiyə bu müzakirələrin çox xaricində bir strateji konsepsiya ortaya qoyabilməli, tarixin özünə yüklədiyi məsuliyyət və problemlər işığında hərəkət etməlidir.
Türkiyənin Şanxayla əlaqələrinin seyrində ortaya çıxa biləcək əhəmiyyətli problemlər müzakirə olunmalıdır.
Əvvəlcə, Avrasiya gücləri ilə inteqrasiya prossesində Təbrizin, Krımın, Şərqi Türkistan və İraq-Suriya türkmənlərinin durumu nə olacaq? Qarabağın işğalında ermənilərə geri addım atdırmağı bacara biləcəklərmi? Bu şəkildə bir inteqrasiya-əlaqə müddətində bəhs edilən sahələrdə Türkiyənin bir müvəffəqiyyətə imza atması çətin görünməkdədir çünki Türkiyə çarəsiz qalmış görünüşü verərək, Şanxay son ümid yeriymiş kimi siyasətlər yeritməkdədir və üstəlik bu səbəbdəndə hərəkət qabiliyyətini öz əliylə azaltmaqdadır. Avropa Türkiyə ilə ipləri atsa belə, Türkiyə hər an Avropa ilə də isti əlaqələr inkişaf etdirmək görünüşünü verməyi bacarmalıdır. Bu Avrasiyalı güclərlə olan əlaqələrdə Türkiyənin əlini qüvvətləndirəcək.
Digər tərəfdən Orta Asiya türkləri və Azərbaycan üçün Türkiyəni əhəmiyyətli bir cazibə mərkəzi halına gətirən əsas şey Türkiyənin Avropaya açılan qapıları olmasıdır. Türkiyənin bu görüntünü itirməməsi əhəmiyyətlidir.
Üzərində dayanılması lazım olan digər əhəmiyyətli bir problemdə Türkiyənin iqtisadi maraqlarının Avropada toplanmış olmasıdır. Avrasiya coğrafiyasında, Avrasiyalı bir aktyor olaraq oyuna daxil olmanın iqtisadi baxımdan Türkiyəni çətin vəziyyətdə qoyacağı açıqdır. Atılacaq addımların Türkiyə iqtisadiyyatını daraltacaq olması, xarici siyasət nümayəndələrinin hərəkət edərkən bir deyil, on dəfə düşünməsi lazım gələcəkdir.
Nə AB, nə Şanxay Türkiyənin tək seçim yolu olmamalıdır . Türkiyə hər şərhində və hərəkətində tərəflərə bunu hiss etdirməlidir. Bu səbəblə Türkiyənin qısa müddətli taktikalara deyil, uzun müddətli strategiyalara ehtiyacı var.
Ehtiram Aşırlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir