Elhan Şahinoğlu: Azərbaycanın İsrail-Fələstin gərginliyində mövqeyi necə olmalıdır?

Trablus savaşına paralel ‘diplomatik savaş’ işaretleri

İRANDAN DA SİLAH ALAQ, ƏGƏR MODERN SİLAHLARI VARSA

Vyaçeslav Ermolov: Azerbaycan, İran’dan Rusya’ya Mal İhracatını Engellliyor

Mustafa Hajibeyli: Vrbetits silah ambarlarında baş vermiş partlayışlara görə Rusiyadan şübhələnir?

Rusya 20 Nisan 2021
63

Çexiya 2014-cü ilin 16 oktyabrında Vrbetits silah ambarlarında baş vermiş partlayışlara görə niyə məhz Rusiyadan şübhələnir?

Ona görə ki, həmin partlayışlar ərəfəsində – 11-16 oktyabr tarixində bu şəkildə gördüyünüz QRU zabitləri Anatoli Çepiqa və Aleksandr Mişkin Çexiyada olublar. Bu şaxslər 2018-ci mart ayında “Ruslan Boşirov” və “Aleksandr Petrov” adına olan saxta pasportlarla Böyük Britaniyada mühacir həyatı yaşayan QRU-nun keçmiş agenti Serqey Skripal və onun qızı Yuliya Skripala qarşı “Noviçok” kimyəvi maddəsi ilə sui-qəsd etməkdə şübhəli bilinirlər.

Çexiyadakı arsenalda məhv edilən hərbi sursatın sahibi bolqar iş adamı Yemelyan Qebnev imiş. Qrebnev 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya silah satıbmış. Qəribədir ki, Qebnevin özü və ailəsi də 2015-ci ildə Skripal ailəsi kimi məhz “Noviçok” zəhəri ilə sui-qəsdə məruz qalıb. Bu qədər təsadüf olarmı?

Şuşada tapılan “İsgəndər M” raketlərindən tutmuş, Hollandiyadan Malayziyaya uçarkən partladılan MH17 sərnişin təyyarəsinə qədər harada bir müəmmalı cinayət varsa, kələfin ucu Rusiyaya, Kremlə, Putin rejiminə aparıb çıxarır. Faciəvi aqibətlə üzləşən Putin tənqidçilərinin – Nemtsovun, Berezovskinin, Litvinenkonun, Politkovskayanın, Luqovoyun, Maqnitskinin və s. öldürülməsini, Navalnının zəhərlənməsini heç demirəm.

Putin həqiqətən bir qatildir, dünyanın hər yere indir ə murdarlıqla məşğuldur. Dünyanı bu mutlu rdarlıqdan xilas etmək haqqa, ədalətə, insanlığa xidmətdir.
Mustafa Hajibeyli

Yorumlar