KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Mustafa Hajibeyli: Putin Ukraynaya müharibə elan etdi

Mustafa Hajibeyli: Putin Ukraynaya müharibə elan etdi

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
341 0

Artıq təkcə Donetsk yox, Ukraynanın bir çox şəhərləri, o cümlədən Odessa və Borispol şəhərləri Rusiyanın atəşinə məruz qalıb.

Putinin bu gecə verdiyi bəyanat sübut edir ki, Putinin dərdi Ukrayna deyil, bütün dünyadır. Necə ki 1939-cu ildə Hitler Polşanı tutmaqla kifayətlənmədi, sonra digər qonşularına hücum etdi, eynən Putin də Ukraynanı tuta bilsə, bununla kifayətlənməyəcək.

O bütün dünya ilə haqq-hesab çəkmək niyyətindədir və buna nail olmaq üçün Ukraynanın işğalından sonra keçmiş SSRİ- ni bərpa etməyə, deməli, həm də Azərbaycanı yenidən işğal etməyə girişəcək.

Necə ki, Levantrop-Molotov sazişi o zaman SSRİ-ni nasist Amaniyasının hücumundan xilas etməmişdi, dünən bağlanan Putin-Əliyev sazişi də Azərbaycanı Rusiyanın hucumundan xilas etməyəcək.

Xilasın yeganə yolu Rusiyanın Ukraynada uduzmasıdır.

Ona görə bütün dünya, o cümlədən Azərbaycan və Türkiyə Rusiyanın qarşısına çıxmalı, beynəlxalq hüququn tapdalanmasına imkan verməməli, bizim və bütün dünyanın azadlığı naminə Putinin cinayətkar rejimini məğlub etməlidir.

Yaşa Ukrayna!

Mustafa Hajibeyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir