KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Mustafa Hajibeyli: Paşinyanı Rusiya qarşısında ifşa etmək yox

Mustafa Hajibeyli: Paşinyanı Rusiya qarşısında ifşa etmək yox

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
299 0

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvilidən xahiş edib ki, onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü təşkil etsin. Ərdoğan bunu mətbuata açıqladıqdan sonra Ermənistan müxalifəti Paşinyanı hədəfə alıb.

Rusiya maraqlarının Ermənistandakı təmsilçiləri (5-ci kolon) sual verir ki, xeyir ola Yerevan vasitəçi olaraq Kremlə yox, Gürcüstana müraciət edib? Bu sualı verənlərin analitik qabiliyyəti, yaxud səmimiyyəti şübhə doğurur. Çünki siyasi proseslərin gedişatını düzgün təhlil edə bilənlər üçün sualın cavabı bəllidir: Paşinyan Ərdoğanla görüşə nail olmaq üçün daha əvvəl Putinə də müraciət edib, amma istəyinə nail olmadığı üçün Qaribaşviliyə üz tutub.

Putin yaxşı başa düşür ki, Paşinyan Ərdoğanla birbaşa münasibətlər qurarsa, onun vasitəçiliyinə ehtiyac qalmayacaq. Putin “vasitəçilik” deyərkən, konfliktin bitməsini yox, Azərbaycan və Ermənistan dövlət başçılarının minnətçi görkəmində onun hüzurunda oturmasını nəzərdə tutur.

Bu arada Qaribaşvili Bakıya da gəlib və ehtimal olunur ki, o bu dəfə Paşinyanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə mesajlarını gətirib. Türkiyədə Qaribaşviliyə cavab verilmişdi ki, Yerevan Ankara ilə danışıqlara nail olmaq üçün ilk növbədə Azərbaycanla dil tapmalıdır. İstisna deyil ki, məhz bu cavabdan sonra Paşinyan Qariabaşvidən bu dəfə Bakıya səfər etməsini xahiş edib. Əgər konkret səmərəli təkliflər varsa, Paşinyanı Rusiya qarşısında ifşa etmək yox, bu təklifləri dəyərləndirmək lazımdır.
Mustafa Hajibeyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir