London İkinci dünya müharibəsində də şərə qarşı – faşizmə qarşı müqavimətin əsas təşkilatçısı olub. O vaxt İngilislər Amerikadan kredit alaraq, bu pulla SSRİ-də, Yuqoslaviyada, Balkanlarda partizan hərəkatı təşkil edib. SSRİ-ni və ABŞ-ı bir araya gətirib. Fransanın və başqa Avropa dövlətlərinin faşizmin işğalından azad olunmasında həlledici rol oynayıb.
O vaxt dünyada iki əsas şər qüvvə vardı: faşizm və kommunizm. Faşizm məhv olub, amma neokommunizm Putin rejiminin simasında yaşamaqdadır və bəşəriyyət üçün kifayət qədər ciddi təhlükə olaraq qalmaqdadır.
Bu dəfə də şərin qarşısinda ilk növbədə İngiltərə dayanıb və bu, tarixin təkrarlanmasıdır.
Bu yaxınlarda bir dostum sual verdi: necə olur ki, Azərbaycan hakimiyyəti də daxil olmaqla bütün korrupsioner rejimlər məhz İngiltərədə milyonlarla dollar dəyərində mülkiyyət alır. Cavabım bu oldu ki, korrupsionerlər başqa varlı dövlətlərdə də mülkiyyət alır, amma yalnız, yaxud əsasən İngiltərədə bu mal-mülk ifşa olunur, çünki burada şəffaflıq var.
Şərin qarşısına çıxan varsa, şər gec-tez məğlub olacaq.
Mustafa Hajibeyli Kafkassam