KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Mustafa Hajibeyli: Armen Sarkisyanın istefasının gerçək səbəbi ortaya çıxdı

Mustafa Hajibeyli: Armen Sarkisyanın istefasının gerçək səbəbi ortaya çıxdı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
417 0

Ermənistan artıq keçmiş prezidenti olan Armen Sarkisyan öz istefasını bir neçə səbəblə izah edib, lakin biz hesab edirik ki, bu deyilənlərin istefanın gerçək səbəbi ilə az əlaqəsi var. Fikrimizcə, onun istefa verməsinin yalnız bir səbəbi var: o, Ermənistan Respublikasının vətəndaşı olmaqla yanaşı, ən azı prezident olana qədər başqa ölkənin də vətəndaşı olub.

Bu sensasion məlumat Ermənistanın Hetq.am dərgisində yayımlanıb.

Yazıda bildirilir ki, bütün dünyada məşhur olan
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) prezident Armen Sarkisyana məktub yazaraq, ondan başqa ölkənin vətəndaşı olmasını sorğulayıb.

“Armen Sarkisyan Karib hövzəsində kiçik bir ölkə olan Sent Kitts və Nitsanın vətəndaşı idi. Bizdə məlumat var idi ki, prezidentin Sent Kitts və Nevis pasportu var və bu, Sarkisyanla yazışmalar zamanı təsdiqlənib. Bu araşdırma hələ tamamlanmadığından, indiki mərhələdə onun təfərrüatlarını təqdim edə bilmirik. Dünən, yanvarın 23-də Ermənistan prezidenti istefa verdiyini açıqlayıb. Maraqlı fakt ondan ibarətdir ki, o, bu elandan əvvəl Sent Kitts və Nevis vətəndaşlığı ilə bağlı bir sıra suallarımızı cavablandırıb” – deyə, yazıda qeyd olunur.

Armen Sarkisyan OCCRP-nin sorğusuna cavab verməzdən əvvəl, onlardan sübut tələb edib. Araşdırmaçılar bu tələbə cavab olaraq, onun pasport məlumatlarını təqdim ediblər. Bundan sonra Sarkisyan bəzi etiraflar edib və məsələ ilə bağlı öz versiyasını irəli sürüb.

“O, öz versiyasında uzun illər əvvəl bu ölkəyə sərmayə qoyduğunu qeyd edir. Prezident məktubda Sent Kitts və Nitsadakı otellərdən birində payının olduğunu etiraf edib. İddiaya görə, o, 2013-cü ilə qədər payı ailə üzvlərindən birinə verib. Sent-Kitsin qanunlarına görə, bu ölkəyə sərmayə qoyan şəxs vətəndaşlıq ala bilər. Sarkisyan deyir ki, o, xəbəri olmadan bu qanun çərçivəsində vətəndaş olub”- deyə yazıda vurğulanır.

Sarkisyanın sözlərinə görə, 2013-cü ildə Ermənistanın Böyük Britaniyaya səfir təyin olunmazdan əvvəl o, vəkilinə Sent Kitts və Nevis pasportunu dövlətə qaytarmağı tapşırıb.

Versiyanın davamında Sarkisyan qeyd edib ki, 2017-ci ildə ona Ermənistan Respublikasının prezidenti olmaq təklif olunanda yuxarıdakı göstərişin yerinə yetirilmədiyini aşkar edib. Məlum olub ki, Sarkisyanın vətəndaşlığı ilə məşğul olmalı olan şəxs (onun vəkili deyil) ölüb. Bundan sonra Sarkisyan mərhumun eyni şirkətdə işləyən oğluna məktub yazıb, vəziyyəti izah edib və xahişini təkrarlayıb.

Armen Sarkisyan 2018-ci ilin martında Ermənistanda prezident seçilməzdən bir müddət əvvəl Sent Kitts və Nevisdə vətəndaşlıqdan imtina ilə bağlı rəsmi proses başlayıb.

Ermənistanın Konstitusiyasına görə, bu ölkənin prezidentliyinə namizəd irəli sürülən şəxs azı 6 il ölkədə yaşamalı və yerli vətəndaş olmalıdır. Beləliklə, Armen Sarkisyanın Ermənistanın prezidenti qanunsuzdur. Onun imzaladığı bütün sərəncamlar, o cümlədən qanunlar, məmur təyinatları, seçkilər, hətta baş nazir təyinatı da qanunsuzdur.

Yazıda qeyd edilir ki, hazırda xaricdə olan Armen Sarkisyanın Ermənistana qayıtmaq ehtimalı azdır, çünki o, saxta sənəd hazırladığına görə məsuliyyətə cəlb oluna bilər.

OCCRP-nin bu araşdırmasının yaxın zamanlarda dərc olunacağı bildirilir.

Hetq.am saytının bu məqaləsi baş nazir Nikol Paşinyanın yanvarın 24-də keçirilən mətbuat konfransında da müzakirə mövzusu olub.

Qeyd edək ki, Armen Sarkisyanın prezidentliyə namizədliyi keçmiş prezident Serj Sarkisyan tərəfindən irəli sürülüb. Armen Sarkisyan 44 günlük müharibədən dərhal sonra Nikol Paşinyanın istefasını tələb edib. Nikol Paşinyan Ermənistan ordusunda Rusiyanın əsas adamı sayılan Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad edərkən, Armen Sarkisyan bu sərəncamı təsdiqləməkdən imtina etmişdi.
Mustafa Hajibeyli Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir