KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mustafa Hajibeyli: Brüssel bu dəfə qərar verərkən rəsmi Bakını saya salmayıb

Mustafa Hajibeyli: Brüssel bu dəfə qərar verərkən rəsmi Bakını saya salmayıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
267 0

Avropa İttifaqı Ermənistana cəmi iki aylıq monitorinq missiyası göndərdikdə, bunu İlham Əliyevlə razılaşdırmşdı. Amma Aİ bu dəfə uzunmüddətli missiya göndərir və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından görününr ki, Brüssel bu dəfə qərar verərkən rəsmi Bakını saya salmayıb.

Paşinyan hakimiyyəti Aİ-nin mülki missiyasını dəvət etməklə, Ermənistanın təhlükəsizliyini təmin etdiyini bildirir.

Paşinyanın bu dəvəti Rusiyada da qıcıq yaradıb. Rusiyalı deputat Zatulin deyib ki, Aİ-nin Azərbaycan əleyhinə qətnamə və bəyanatları təqdir olunmalıdır, amma Qərbin hər hansı bir missiya vasitəsilə Qafqaza girməsinə imkan verilməli deyil. Çünki, Zatulin öz neo-faşist təfəkkürü ilə hesab edir ki, Qafqaz Rusiyanın nəzarətində qalmalıdır.

Paşinyan pafoslu bəyanatlar vermir və yumruq silkələmir, amma, Ermənistan ordusu tam məğlub olandan sonra da, diplomtik sahədə nailiyyətlər əldə edir. Əvvəlcə Rusiya “sülhməramlıları” vasitəsilə Qarabağdakı rejimə çətir düzəltdi. İndi də, Avropa İttifaqının müşaidə missiyasını Azərbaycanla sərhəddə yerləşdirməklə “Zəngəzur – zəngəzur” deyənlərin arzusunu gözündə qoyur. Həm Avropadan, həm Rusiyadan dəstək alır. Hətta müsəlman ölkəsi olan İrandan da dəstək alır.

Beləliklə, minlərlə şəhidimizin canı, qazilərimizin qanı hesabına döyüş meydanında əldə etdiyi qələbə, danışıqlar masasında və diplomatik sahədə tədricən əldən verilir

Mustafa Hajibeyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir