PAŞİNYANIN 17 AVQUST MİTİNQİ KİMLƏRƏ MESAJ İDİ?

Rus milletvekilinden Türkiye’ye tavsiye: Boğazları Amerikan gemilerine kapatınız

ABŞ-ın Türkiyəyə hücumunun ŞİFRƏLƏRİ: Qalib kim olacaq?

Fas’taki Fetöcüler PKKlılar IŞİDci Türkler ve Türk mafyası!

Müstəqil Dövlətlər Birliyinin liderləri Qırğızıstan paytaxtı Bişkəkdə bir araya gəldilər

Azerbaycan, Gündem 16 Eylül 2016
827

Müstəqil Dövlətlər Birliyinin liderləri Qırğızıstan paytaxtı Bişkəkdə bir araya gəldilər. Görüşdülər, hərə ürəyindəkini dedi, bununla da görüş başa çatdı. Rusiya Ukraynanın, Ermənistan isə Azərbaycanın torpaqlarını işğal edib və bütün bu dövlətlər MDB-dədirlər (?!). Doğrudur, Ukraynanı toplantıda Qırğızıstandakı səfir təmsil edirdi, ancaq məhz onun “təşkilatın sədrliyinin Rusiyaya keçməsinin əleyhinəyik, çünki bu dövlət Ukraynanın ərazisi olan Krımı işğal edib” sözləri toplantıya rəng qatdı.
Ermənistan prezidenti Serj Sərkisyan isə yüksək tribunadan istifadə edərək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyinə görə prezident Vladimir Putinə dərin təşəkkürünü bildirdi. Başqa kimə təşəkkür etməli idi ki? Putinin Azərbaycan və Ermənistan prezidentərinə telefon zəngləri olmasaydı, aprel ayında düşməni daha böyük itkiyə məruz qoyardıq. Ayrıca, bu gün İrəvanda Rusiyanın Ermənistana verdiyi müasir silahlar nümayiş etdirilib. Bu da o deməkdir ki, Azərbaycan öz torpaqlarını azad etmək məqsədilə yenidən hücuma keçsə Ermənistan Rusiya silahlarından istifadə edəcək. Həmin silahların bir hissəsinin Dağlıq Qarabağda yerləşdirilməsi böyük sirr deyil.
Elhan Şahinoğlu

Yorumlar